| |
Gürcüstan tərəfi Azərbaycanın təkliflərini qəbul etsə, mavi yanacağın 1000 kub metri 180 dollardan satılacaq. Azərbaycandan Gürcüstana elektrik enerjisi və qaz tədarükü ilə bağlı danışıqlar başlayıb. Qonşu ölkəyə satılacaq təbii qazın həcmi və qiyməti müzakirə olunub. Qapalı keçən görüşdə gürcüstanın energetika naziri Aleksandr Xetaquri də iştirak edib. Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin sözlərinə görə, gürcü tərəfi mavi yanacaq təminatında yaranmış problemləri əsas gətirib, tezliklə Azərbaycandan qaz idxalını bərpa etmək niyyətində oluqlarını bildirib. Gürcüstanın energetika naziri ölkəsinin illik mavi yanacağa təlabatının 1,5 milyard kub metr olduğunu deyib. Natiq Əliyevin sözlərinə görə, Gürcüstan tərəfi Azərbaycanın təkliflərini qəbul etsə, onda mavi yanacağın 1000 kub metri ən azı 180 dollardan satılacaq. Bu da Rusiyanın Gürcüstana təklif etdiyi qiymətdən 30 faiz ucuzdur. |