| |
Geri |
|
| |
 |
Azarkeşlər arasında dava düçüb
10.03.2008 01:23:06
Kolumbiyada azarkeşlər arasında dava düçüb
|
|
| |
Meydançaya qədər yayılan zorakılıq dalğasında 78 nəfər xəsarət alıb. Kolumbiyada «Amerika de Kali» və «Deportivo de Kali» komandaları arasında keçirilən futbol oyununun 82-ci dəqiqəsində azarkeşlər arasında toqquşma baş verib. Zorakılıq dalğası oyun meydançasına qədər yayılıb. Cözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edən polis kütləni dağıda bilib. Toqquşmalar zamanı 78 nəfərə deşici-kəsici alətlərlə xəsarət yetirilib. Yaralılar arasında üç polis zabiti və bir hamilə qadın da var. Hakimin penalti təyin etməməsindən sonra stadionda gərginlik yaranıb. «Amerika de Kali» komandasının azarkeşləri hakimin qərarına etiraz etməyə başlayıb, oyunçular arasında toqquşmalar yaranıb, məşqçilər Dieqo Edison Umana və Daniel Karrina bir-birilərini itələməyə başlayıb. Kali şəhərinin meri baş vermiş zorakılıqlara görə «Amerika de Kali» komandasının məşqçisi Dieqo Edison Umananın məsuliyyət daşıdığını və şəhər stadionunun bir müddət bağlı qalacağını bildirib. Bu komandaların azarkeşləri arasında qarşıdurmalar tez-tez baş versə də, belə ciddi qarşıdurma ilk dəfədir yaranır.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|