| |
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Rauf Əliyevin sədrliyi ilə millət vəkili Əhəd Əhmədovdan şantaj yolu ilə pul tələb etməkdə təqsirləndirilən jurnalistlərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Qeyd edək ki, cinayət işi üzrə təqsirləındirilənlər “Yeni Cümhuriyyət” qəzetinin baş redaktoru Nüsrət Rəhimov, “Mühakimə” qəzetinin təsisçisi Şəmsi Mirzəyev (Vəfadar) və AzTV-nin əməkdaşı Rza Pənahova qarşı AR Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə pul tələb etmə), Zabit və Zabil Muradov isə CM-nin 177.2.1, 177.2.3-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən oğurluq etmə), 234-cü (satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddələri əldəetmə və ya saxlama) maddələri ilə ittiham irəli sürülüb. Prosesdə zərərçəkmiş şəxs qismində iştirak edən millət vəkili Əhəd Əhmədov işin məhkəmə baxışına verməsini xahiş edib. Məhkəmə baxışı iyunun 4-ə təyin olunub. Qeyd edək ki, N. Rəhimov Ə. Əhmədovun özü və ailəsi haqqında rüsvayedici faktlar yaymaq hədəsi ilə ondan 1500 $ alarkən saxlanılıb. Faktla bağlı araşdırma aparıldıqdan sonra Ş. Mirzəyev (Vəfadar), Ə. Əhmədovun qaynı oğlu Zahid Muradov, baldızı oğlu Zabil Pənahov və bacanağı Rza Pəhanov da həbs olunublar.
ans |