| |
Geri |
|
| |
 |
Axundov adına kitabxana kitabların elektronlaşdırılmasına başlayıb
24.04.2008 12:49:40
Tezliklə azərbaycanlı oxucular Avropadakı kitabxanaların elektron məlumat bazasından yararlana biləcəklər |
|
| |
Azərbaycanın ən böyük milli kitabxanası olan Axundov adına kitabxana kitabxana işini operativ şəkildə qurmaq, oxucularını razı salmaq üçün beynəlxalq təcrübəyə əsasən, fonddakı kitabların elektronlaşdırılmasına başlayıb. Elektron kitabxana artıq oxucuların istifadəsinə verilib.
Kitabxanada hətta virtual kitab sifarişləri də həyata keçirir. Yəni kitabxanaya gəlməzdən əvvəl lazımi kitabları sifariş edib, olub-olmadığını müəyyənləşdirib tez zamanda əldə etmək olar. Yaxın vaxtlarda, daha dəqiq desək, təxminən bir aya kitabxana daha bir yenilik edəcək. Azərbaycanlı oxucular Avropadakı kitabxanaların elektron məlumat bazasından yararlana biləcəklər.
Kitabxananın direktoru Kərim Tahirovun sözlərinə görə, Niderlandda Azərbaycan milli kitabxanasının elektron məlumat bazasının Avropa elektron kitabxanasına daxil olması barədə müqavilə imzalanıb: «Artıq bir aydan sonra Azərbaycanın oxucuları Avropa məkanında olan bütün milli kitabxanaların elektron məlumat bazasından istifədə edə biləcək. Yəni Azərbaycan oxucuları əlavə elektron ünvan yığmadan, birbaşa ünvanla bütün 27 Avropa Birliyinə daxil olan ölkələrin milli kitabxanalarının fonduna daxil olub orada axtarış aparmaq, istədiyi kitabları oxumaq imkanı əldə edəcək. Eyni zamanda, bu ölkələrin kitabxanalarının oxucuları da Azərbaycan milli kitabxanasının fondundan bəhrələnəcək».
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|