| |
ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri İlkka Kanerva istefa verib. Bu barədə məlumatı Finlandiyanın Xarici İşlər Nazirliyi yayıb. XİN-dən bildiriblər ki, səlahiyyətlərini rəsmi olaraq təhvil verməsi aprelin 4-də həyata keçiriləcək. Bundan sonra İlkka Kanerva yalnız Finlandiya parlamentinin üzvü kimi fəaliyyət göstərəcək. Qeyd edək ki, İlkka Kanerva striptizçi qadlına göndərdiyi 200-dən çox intim xarakterli «SMS» –lərlə bağlı qalmaqala görə vəzifəsindən istefa verib. Finlandiyanın xarici işlər naziri postuna isə Aleksadr Spudd təyin olunub. Əvvələr Finlandiyanın Avropa parlamentində təmsil edən Aleksandr Spudd üç ilə yaxındır ki, xarici işlər nazirliyi sistemində çalışır.
|