Son nəfəsdə "Vətən üçün yaşamadım" desəniz də, zaman geri qayıtmayacaq! Axtar: 
   • Çeçenistanda zəlzələ baş verdi    • Lənkəranda QİÇS tüğyan edir!    • Orteqa: "Tanrı ABŞ-ı cəzalandırır"    • Çində sudan 450 nəfər zəhərlənib    • Çaves kommunistləri ittiham etdi    • ABŞ Pakistana zərbələr endirib    • Eynulla Fətullayevə işgəncə verilir    • Fars repressiyası davam edir!!!    • Tehranın ABŞ qarşısında 2 şərti    • Lukaşenko Qırğızıstandadır
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino/TV|Səhiyyə|Qadın|Video|Yazarlar
   Geri
Yazı Ölçüsü: 
  Atamın xatirəsi

17.12.2007 12:19:37

Atamı, doğrudan da çox sevirdim
  Atamı, doğrudan da çox sevirdim. Onun ailəsinə qarşı fədakarlığı məni heyran edirdi. Hər gün işdən yorğun gəlsə də, bunu büruzə verməməyə çalışır, əlindən gəldiyi qədər bizim qayğımızı çəkirdi. Həftə sonları isə bütün gününü bizimlə keçirirdi. Darıxmayaq deyə bizi əyləndirirdi, bizimlə birlikdə krossvord həll edirdi...
31 yaşımda atam dünyasını dəyişdi. İlk vaxtlar onun yoxluğuna alışa bilmirdim. Sanki hər yerdə onu görürdüm.
Bir dəfə Atalar günü münasibətilə poçt idarəsi xüsusi bir marka çap etdirdi. Üzərində krossvord, gözlük və bir qəhvə fincan var idi. Bu marka mənə atamı xatırlatdı. Birini aldım və pulqabıma qoydum. Atam yadıma düşən kimi bu markaya baxırdım.
Bir dəfə işdən qayıdanda pulqabım oğurlandı. Polisə müraciət etdim, oğrunu tutdular, pulqabımı mənə qaytardılar. Ancaq marka yerində yox idi. Pullarımı itirsəydim, bəlkə də, bu qədər məyus olmazdım.
Bu hadisənin üzərindən iki həftə keçmişdi. Günorta yeməyindən sonra kiçik bir gəzintiyə çıxmışdım. Nadir hallarda belə gəzintilərə çıxırdım. Bu vaxt yerdə bir kağız gördüm. Əvvəlcə fikir vermədim. Bir neçə addım aralandıqdan sonra sanki bir səs mənə: “Get o kağızı götür”, - dedi. Geri qayıtdım və kağızı götürdüm. Nə görsəm yaxşıdır: bu, o gün itirdiyim marka idi.
Hər şey üst-üstə düşmüşdü. Yeməkdən sonra gəzmək adətim olmasa da, gəzməyə çıxmışdım, üstəlik, markaya külək də toxunmamışdı, ya da başqa bir marka kolleksiyaçısına da rast gəlməmişdi... Halbuki bu neçə gündə onun başına çox iş gələ bilərdi. Ancaq bunların heç biri baş verməmişdi. İzdihamlı bir küçədə o markanın yalnız mənim qarşıma çıxması və yalnız mənim gözümə görünməsi təsadüf deyildi. Ağlamağa başladım. Sanki o an atam mənə kənardan tamaşa edirdi...

 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Eyni kateqoriyadan digər xəbərlər
 » Hər xeyir, Haqqdan gəlir
 » Uçan ayaqqabı
 » Vicdan
 » Hikmət dolu bir bayram...
 » Qəm pəncərəsindən bir baxış
 » Hər işdə bir hikmət gör
 » Hər kəs Onu çağırır
 » Bir cənnət bucağı kimi
 » Alın yazısı
 » Fədakar - başqası üçün yaşayan
 
 Ömər AHISKALI
  Allah qəbul etsin orucumuzu!
  Ayların Sultanı Sultanların Tacı Tacların İncisi mübarək Ramazan! Hər bir müslümanın ...
21.09.2008
 
 Osman YAVUZ
    Çox yaxında!
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən yıxılır  
   SORĞU
Oruc tutursunuzmu
 
Bəli
Xeyir
Sağlamlığım buna imkan vermir
3 gün oruc tutdum
Nəticələr
Bütün Sorğular
 Qalereya
Füsunkar təbiət mənzərələri
Sonrakı >
< Əvvəlki
Füsunkar təbiət mənzərələri
Füsunkar təbiətin fotoqrafları özünə çəkən gözəllikləri
Əsas | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino/TV | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Əlaqə

Son nəfəsdə "Vətən üçün yaşamadım" desəniz də, zaman geri qayıtmayacaq!

Copyright © 2006-2007 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.