Deyirdim ki, bu quruluş dağılacaq! Axtar: 
   • Bayılda 151 ev köçürüləcək    • NATO Rusiya ilə dialoqu bərpa edir    • Neftin qyiməti qalxıb    • Mövqelərimiz yenidən atəşə tutulub    • Azərbaycan gəmisi qəzaya uğradı    • Neft ucuzlaşmaqda davam edir    • Zahidov qardaşları atalarının yasına gəldilər    • Məmmədyarov Helsinkiyə getdi    • Bakıda məscid sökülür    • 40 min dəmiryolçu ixtisara düşəcək
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino/TV|Səhiyyə|Qadın|Video|Yazarlar
   Geri
Yazı Ölçüsü: 
  AŞPA-da Azərbaycanla bağlı qalmaqal

23.05.2008 17:19:34

Britaniyalı deputatın Azərbaycanda "erməni abidələrinin vəziyyətini öyrənmə" istəyi qalmaqal yaradıb
  Avropa Şurasının Parisdəki ofisində qurumun Mədəniyyət, Elm və Təhsil komitəsinin yığıncağı keçirilib. Komitənin iyun sessiyası ərəfəsindəki bu son toplantısında Azərbaycanı millət vəkili Rafael Hüseynov təmsil edib.
İclasda mədəniyyət və təhsilin Avropadakı gələcək inkişaf perspektivləri ilə əlaqədar bir sıra məruzələr müzakirə olunub. Böyük Britaniyadan olan deputat Edvard O’Harranın məruzəsi isə bilavasitə Azərbaycanla bağlı bir məsələ ətrafında qurulub. “Cənubi Qafqazda mədəniyyətin vəziyyəti” üzrə əsas məruzəçi E. O’Harra komitə üzvlərinə söyləyib ki, guya AŞPA-nın yaz sessiyasında Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin təmsilçiləri ilə müzakirədən sonra belə razılıq əldə edilib ki, onun regiona planlaşdırılan səfəri Cənubi Qafqazın üç ölkəsinə eyni vaxtda deyil, tək-tək həyata keçirilsin və səfər ilk növbədə Azərbaycandan başlansın, Bakıda və Naxçıvanda ermənilərin iddia etdikləri abidələrin tədqiqi ilə reallaşsın. Britaniyalı deputat əlavə edib ki, bununla bağlı Avropa Şurası katibliyi tərəfindən Bakıya rəsmi məktub da göndərilib. Həmin səfəri iyun sessiyasından bir həftə sonra, iyul ayının əvvəllərində gerçəkləşdırməyi planlaşdırır. Ona görə də komitədən bu barədə qərar qəbul etməyi xahiş edib.
Məruzəçinin məlumatından sonra bir saata qədər gərgin mübahisələr başlayıb. Deputat Rafael Hüseynov bu təklifi qəti etirazla qarşılayıb. R.Hüseynov məruzəçinin haqqında danışdığı guya hansısa "razılaşma"nın olmasını yalan adlandırıb və onu qeyri-obyektivlikdə ittiham edib. "Hətta bu səfəri üç yerə bölərək Gürcüstana, Ermənistana və Azəbaycana müxtəlif vaxtlarda səfəri həyata keçirmək zərurəti ortaya çıxarsa belə, ilkin olaraq bu səfər ən əvvəl Ermənistandan başlanmalı idi. Çunki Ermənistanda azərbaycanlıların tarixən birgə yaşadıqları ərazilərdə mövcud olmuş yüzlərlə qəbristanlıqlar azərbaycanlıların bu yerdə tarixi izlərini silmək məqsədilə məhv edilmiş, X1X əsrin sonlarında XX yüzilliyin əvvəllərində məscidlər şəhəri adlanan İrəvandakı Azərbaycan məscidlərinin biri belə saxlanılmamış, onlarla tarixi abidə, Azərbaycan memarlığının qiymətli inciləri yerlə yeksan edilmişdir.
Digər tərəfdən ölkəmiz işğala məruz qaldığından növbəti mərhələdə bu səfər Dağlıq Qarabağda və işğal altındakı digər rayonlarda həyata keçirilməli idi. Bunu da qeyd etməyi çox önəmli sayırıq ki, Ermənistanın məhz Naxçıvana səfər edilməsi məsələsini daim ortaya atması, guya Naxçıvanda ermənilərə məxsus hansısa orta əsrlərə aid tarixi qəbrlərin olması barədə iddiaları da tam əsassızdır." -deyə Azərbaycanın millət vəkili bildirib.
Ermənistan nümayəndə heyətinin üzvü Raffi Hovanesyan komitədən məruzəçini dəstəkləməyə səsləsə də, ilk səfərin Azərbaycana təşkil edilməsini istəsə də R.Hüseynov bildirib ki, bu səfərin əvvəlcədən qəbul edilmiş formatı mövcuddur. Həmin formata görə Cənubi Qafqazın hər üç ölkəsinə səfər eyni vaxtda ardıcıl olaraq həyata keçirilməlidir və bu, problemin kompleks şəkildə öyrənilməsinə yardım edəcək.
Müzakirələrin bu cür gedişi və millət vəkilimizin qəti mövqe tutması öncədən düşünülmüş məkrli planı pozub. Məsələ ilə bağlı heç bir səsvermə keçirilməyib və qərara alınıb ki, məruzəçinin regiona səfəri məsələsi gələcəkdə davam etdirilsin.
 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Eyni kateqoriyadan digər xəbərlər
 » Metyu Brayza:
 » Eldar İbrahimov:
 » Fazil Qəzənfəroğlu soyadını dəyişdi
 » Berluskoni Azərbaycana gələ bilər
 » Məmmədyarov Helsinkiyə getdi
 » Sərdar Cəlaloğludan təklif
 » Qaz Sammiti nəticəsiz başa çatdı
 » Bakı merinin sonu yaxınlaşır?
 » Əliyev Ali Babacanı qəbul edib
 » Boqdan Zdroyevski:
 
 Ömər AHISKALI
  "Talan"erant şeyx"imiz"
  16 noyabr Dünya Toletantlıq gününü bütün ölkələrdən öndə şeyxi olmaqla, əlində tolerantl&...
20.11.2008
 
 Osman YAVUZ
    İlham Əliyevə bonus- iki il!
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən yıxılır  
   SORĞU
Bu gün seçkidə namizədlərdən kimə səs verdiniz?
 
Hafiz Hacıyev
Fazil Qəzənfəroğlu
Fuad Əliyev
İlham Əliyev
İqbal Ağazadə
Qüdrət Həsənquliyev
Qulamhüseyn Əlibəyli
Heç kimə
Nəticələr
Bütün Sorğular
 Qalereya
Gəbər PKK!
Sonrakı >
< Əvvəlki
Gəbər PKK!
Türkiyə Silahlı Qüvvələri PKK izində
Əsas | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino/TV | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Əlaqə

Deyirdim ki, bu quruluş dağılacaq!

Copyright © 2006-2007 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.