| |
Geri |
|
| |
 |
«Araz sahilində doğan günəş» səhnələşdirildi
02.04.2008 23:56:42
Naxçıvan teatrı «Araz sahilində doğan günəş»-i səhnələşdirdi
|
|
| |
Naxçıvan Dövlət Dram Teatrı repertuarına daha bir əsər daxil edib. Yerli müəllif Həsənalı Eyvazlının «Araz sahilində doğan günəş» adlı pyesi aktyor truppası tərəfindən uğurla oynanılıb. Teatrın səhnəsində bu dəfə 20-ci əsrin hadisələri təsvir olundu. Naxçıvanda baş verən siyasi proseslər, erməni təcavüzünə qarşı mübarizə və o zaman Azərbaycan rəhbərliyindəki vətənpərvər oğulların Muxtar Respublikanın müdafiəsi ilə bağlı fəaliyyəti pyesin əsasını təşkil edir. «Araz sahilində doğan günəş» türk dünyasının qapısı sayılan Naxçıvanda aparılan mübarizənin tarixi inikasıdı - tamaşanın rejisorunun fikri belədi. Bolşevik Moskvasının qərarı Naxçıvanı Azərbaycanın tərkibindən qopararaq Ermənistana verməkdir. Buna qarşı çıxan Nərimanov, Behbud Ağa Şaxtaxtinski və digərləri xalqa güvənib Naxçıvanı birlikdə qoruyurlar. Daha güclü siyasi güvvələrin mübarizəsi və naxçıvanlıların qələbəsindən bəhs edən tamaşada tarixi faktlar xüsusi yer alıb. Tamaşada yadda qalan məqamlardan biri də xalqımızın qədim ənənələri və naxçıvana məxsus toy adətləridir.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|