| |
Sıralarında Trend Micro, Panda Security, BitDefender, «Kasperski Laboratoriyası» və Dr. Web şirkətləri olan ən iri antivirus proqram təminatı istehsalçıları bu həftə Anti-Malware Testing Standards Organization (AMTSO) - antivirusların yoxlanılması üçün birgə təşkilatın yradılmasını bəyan ediblər. Birilik iştirakçılarının fikrincə, bu təşkilatın yaradılması proqram təminatlarının yoxlanılması üçün müstəqil standartların yaradılmasına kömək edəcək, eləcədə test üçün zərərli sempl kolleksiyasının və zərərli proqram təminatlarının vahid təsnifatının yaranmasına səbəb olacaq, Cnews yazır. Antivirus istehsalçılarının birləşməsi istifadəçilər üçün də öz müsbət nəticələrini verəcək. Belə ki, istifadəçilər onların tələbatlarına uyğun mühafizə vasitələrinin seçilməsi baxımdan daha düşünülmüş qərar qəbul etmək imkanı əldə edəcəklər.
|