| |
İspaniyanın Barselona şəhərində keçirilən Ümumdünya Mobil Konqresində ARM, Texas Instruments və Qualcomm kimi ona yaxın şirkət Google tərəfindən hazırlanmış Android açıq kodlu platforma bazasında işləyən telefonların prototipini təqdim ediblər. BBC-nin məlumatına görə, Android əsasında işləyən telefonların artıq bu il satışa çıxarılacağı gözlənilir. Açıq və pulsuz mobil platforma olan Google Android-in işlənib hazırlanmasında Intel, Motorola, Qualcomm, LG və digərləri daxil olmaqla 30-dan çox şirkət iştirak edib. Google Android-in əsas rəqibləri Microsoft-un Windows Mobile əməliyyat sistemi və Nokia şirkətinin Symbian platformasıdır.
|