| |
İran hökuməti isə, faktı təsdiqləməyib
Amerika hərbi dəniz daşımalarını həyata keçirən yük gəmisi İran gəmisinə atəş açıb. Britaniyanın Sky News telekanalının yaydığı məlumata görə, Amerika gəmisi Fars körfəzinin neytral sularında hərəkət edirmiş. Rəsmi məlumata əsasən, Amerika hərbi yük gəmisinin heyət üzvləri onlara doğru 2 qayığın hərəkət etdiyini müşahidə edib və radio vasitəsiylə əlaqə saxlamağa çalışıblar. Naməlum qayıqlar yalnız havaya açılan xəbərdarlıq atəşindən sonra istiqaməti dəyişiblər. İran hökuməti isə, faktı təsdiqləməyib.
Xatırladaq ki, Fars körfəzində əvvəllər də Amerika və İran gəmiləri arasında atışmalar baş verib. Sonuncu dəfə analoji hadisə aprelin 10-da qeydə alınmışdı.
|