| |
Hər cür xəstəliyə dərman olan almanın tərkibindəki soda və fosfor ilə beyin, qaraciyər və mədəyə son dərəcə faydalıdır.
Almada antioksidan birləşmələri ürəyə xeyir olması ilə yanaşı zahiri qocalmanı da gecikdirir. İçərisində 85% su, 12% şəkər, orqanik asitlər, soda, fosfor, vitamin A, B1, B2, B5, C, E ve PP olan almanın sinir sistemi üçün də çox xeyirlidir.
Fiziki və zehni yorğunluqlarda sakitləşdirici gücə malik olan alma yatmazdan öncə yeyildiyi təqdirdə rahat bir yuxu gətirir. Böyrəkləri çalışdıran alma bədəndən artıq maddələrin ifrazatını sürətləndirir. Təzə dərilmiş alma suyu ilə silinən üzə canlılıq və təravət gəlir. Böyrək, xəstəlikləri, hemoroidə qarşı son dərəcə faydalı olan almanın, yeməkdən öncə yeyilməsi, qidanın mədədə həllini yaxşılaşdırır. Həzm sistemini qaydaya salan və mədə mukozasını gücləndirən alma suyu, eyni zamanda hərarəti aşağı salmaq üçün istifadə edilə bilər. Gündəlik 3 ədəd alma yemək 2 ayda 10% qədər xolesterol düşməsinə kömək edir.
|