| |
AFFA Almaniyadan 5 məşqçini Azərbaycana dəvət edib. Bunlar Oliver Pelzer, Nikolay Adam, Gunter Zittel, Tomas Flat və Tomas Roydur. Onlar “Xəzər-Lənkəran”, “Neftçi”, “İnter”, “Bakı” və “Olimpik” klublarının uşaq komandalarına məşqlər keçəcək. Almaniyalı mütəxəssislərin bütün xərclərini AFFA öz üzərinə götürüb. Gənc istedadların üzə çıxarılması istiqamətində səy göstərəcək almaniyalı mütəxəssislər ölkəmizdə martın əvvəlindən sonunadək çalışacaq. İcraiyyə Komitəsinin ötən ilin dekabrın 30-da keçirdiyi iclasında Premyer Liqada çıxış edən klubların nəzdindəki uşaq komandalarına AFFA-nın maddi vəsaiti hesabına əcnəbi məşqçilərin dəvət edilməsi ilə bağlı qərar qəbul edilib.
|