| |
Azərbaycan ilə ABŞ arasında mühəndislik, elm, informasiya texnologiyaları sahəsində əməkdaşlıq genişlənəcək. Bu fikirləri ABŞ dövlət katibinin müavininin təhsil və mübadilə üzrə köməkçisi Tomas Farrell bu gün keçirdiyi mətbuat konfransında bildirib. bildirib ki, Azərbaycanda ingilis dilinin tədrisi üzrə yeni proqramlar həyata keçiriləcək, yüzlərlə amerikalı tələbə yay aylarında ölkəmizə gəlib burada Azərbaycan dilini öyrənəcəklər. 1992-ci ildən bu yana ABŞ-da 2 min azərbaycanlı tələbə təhsil alıb, bir o qədər də alim təcrübə keçib. Bu proqramlara 10 milyonlarla dollar vəsait xərcləndiyini deyən T. Farrell, bunun ABŞ-Azərbaycan əlaqələrinin genişlənməsi baxımından çox böyük amil olduğunu qeyd edib. O qeyd edib ki, ABŞ Azərbaycan üçün ayırdığı təqaüdlərin həcmini əvvəlki səviyyədə saxlayacaq. Qeyd edək ki, ABŞ Dövlət Departamentinin təmsilçisi Bakıya səfəri çərçivəsində təhsil naziri Misir Mərdanov, iqtisadi inkişaf naziri Heydər Babayev, maliyyə naziri Samir Şərifovla görüşüb. Həmin görüşlərdə ABŞ-Azərbaycan münasibətlərində təhsil və mübadilə sahəsində mövcud olan boşluqların doldurulması məsələsi müzakirə olunub, prioritet sahələr müəyyən edilib.
|