| |
İtaliyada parlament seçkiləri öncəsi yeni partiya yaradılıb. «Həyat naminə» adlanan yeni siyasi qurumun əsas hədəfi İtaliyada abortla mübarizədir. Partiya nüfuzlu jurnalist Culiyan Ferrara tərəfindən yaradılıb. Qeyd edək ki, ötən ilin dekabrında o, İtaliyada abortla bağlı marotoriyanın keçirilməsi təklifiylə çıxış etmişdi. Culiyan Ferrara partiyasının yaşamı qorumaq üçün aborta qarşı yaratdığını bildirib. O, son 30 ildə bir milyard abort faktının qeydə alınmasınının yaşam üçün faciəvi olduğunu söyləyib. Müşahidəçilərin hesablamalarına görə İtaliyada yeni partiyaya 4 faiz seçici səs verə bilər. Bəzi siyasətçilər seçki kampaniyasında abort kimi işlərlə manipulasiya etməyə ehtiyac olmadığını bildirirlər. Qeyd edək ki, İtaliyada üç aylıq müddətə qədər abort etməyə icazə verən qanun 1978-ci ildə qəbul edilib. Son illərdə isə aborta qarşı olanlarn sayı İtaliyada çoxlıb.
|