| |
Avropa Birliyinə üzv olan ölkələr, qeyri-leqal miqrantlarla bağlı direktivə razılıq verib. Sənədə görə, qeyri-leqal miqrantlar 18 aya qədər saxlanıla, eləcə də onların ölkəyə girişi beş il müddətinə qadağan edilə bilər. Yeni qaydaları Avropa Parlament idə təsdiqləməlidir. Qeyd edək ki, insan hüquqlarının müdafiəçiləri bu təşəbbüsə qarşı çıxıb. Onların fikrincə, yeni qaydalar insan hüquqlarını pozur. |