| |
Dünən Xalq artisti, professor Azərpaşa Nemət gələcəyin sənət adamları, rejisorları ilə görüşüb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 85 illik yubiley tədbirləri çərçivəsində baş tutan görüşdə Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətin teatr haqqında qanun hazırlanmasında xüsusi əməyi qeyd olunub. Professorun özü isə 22 yaşında ilk tamaşasından söhbət açıb. Bildirib ki, indi də elə həmin Azərpaşadır.
|