| |
Od çərşənbəsi heç də hamıya sevinc gətirməyib. Mərkəzi Klinik Xəstəxanaya hər iki əlin yanma diaqnozu ilə Qaradağ rayonu Ümid qəsəbəsinin sakini 4 yaşlı Anar Hüseynov çatdırılıb. Məlumata görə, Anar od çərşənbəsində tonqalın üzərindən tullanmaq istəyib. Lakin ocağın üstünə yıxılıb. Yaralıya ilkin tibbi yardım göstərilib.
|