| |
Onların Oxot dənizinə doğru üzən buz parçasından xilas edilməsi üçün aviasiyadan istifadə olunur. Təxminən iki min Saxalinli balıqçı Mordvinov körfəzində axan buç parçasının üzərində qalıb. Xilasedicilərin sözlərinə görə, hazırda külək buz parçasını Oxot dənizinə doğru aparır. Balıqçıların xilas edilməsi üçün aviasiyanın köməyindən istifadə olunması qərara alınıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə idarəsinin məlumatına görə, insanların evakuasiyasına Mi-8 helikopteri cəlb edilib. Hazırda xilasetmə əməliyyatında 30 şəxsi heyət üzvü, beş qayıq da daxil olmaqla 14 texnikadan istifadə olunur. Hadisə yerində saniyədə 10-12 metr sürətlə cənub-qərb küləyi əsir, havanın hərarəti +3 dərəcədir. Ərazidə görünmə dərəcəsi 1000 metrdir.
|