| |
Geri |
|
| |
|
2 qızıl, 3 gümüş, 2 bürünc medal
11.02.2008 12:18:48
Azərbaycan güləşçiləri Yaşar Doğunun xatirə turnirində 2 qızıl, 3 gümüş, 2 bürünc medal qazanıblar |
|
| |
Türkiyənin paytaxtı Ankarada sərbəst güləş üzrə Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turnir başa çatıb. Azərbaycan pəhləvanları 36-cı dəfə təşkil olunan yarışda uğurlu çıxış ediblər. Dağıstanlı mütəxəssis Maqomedxan Aratsilovun rəhbərlik etdiyi kişilərdən ibarət milli komandamızın üzvlərindən, 96 kq çəki dərəcəsində mübarizə aparan Xetaq Qazyumov bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Emin Əzizov (66 kq) gümüş, Aqil Quliyevlə (74 kq) Novruz Temrezov (84 kq) bürünc medala sahib çıxıblar. Olimpiya çempionu Namiq Abdullayevlə Namiq Sevdimov (hər ikisi 55 kq) müvafiq olaraq 5-ci və 10-cu yerləri tutublar. 66 kq çəki dərəcəsində Ramazan Əbdürrəhmanov da 5-ci olub. İlkin mərhələlərdə mübarizəni dayandıran Abil İbrahimov (55 kq), Nəbi Hənifəyev, Vüsal Əliyev (hər ikisi 60 kq) və Çamsulvara Çamsulvarayev (74 kq) ilk “onluq”da yer ala bilməyiblər. Yığmamız komanda hesabında 41 xalla Türkiyə və İrandan sonra üçüncü olub. Nazim Əlicanovun rəhbərlik etdiyi qadın millimizin üzvləri də uğurlu çıxış ediblər. Bütün rəqiblərinə qalib gələn Olesya Zamula (63 kq) qızıl, Elvina Mürsəlova (59 kq) ilə Marina Kaçina (67 kq) gümüş medal qazanıblar. Sona Əhmədli (59 kq) və Zümrüd Qurbanhacıyeva (72 kq) fəxri kürsüyə yüksələ bilməyiblər. Yığmamız komanda hesabında 28 xalla 4-cü yeri tutub. |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|