| |
Geri |
|
| |
 |
18-ci turun oyunları bu gün başlayır
26.04.2008 13:44:54
Bu günki turda “Masallı”-“Bakı”, “ABN Bərdə”-“Qarabağ” və “Gənclərbirliyi” “Karvan” kollektivləri qarşılaşacaq
|
|
| |
Bu gün futbol üzrə Azərbaycan premyer-liqasının 18-ci turuna start veriləcək. Lənkəran Olimpiya İdman Kompleksində “Masallı” komandası “Bakı” kollektivini qonaq edəcək. Doğma azarkeşlər önündə “ABN-Bərdə” “Qarabağı”, “Gənclərbirliyi” klubu isə “Karvan”ı qəbul edəcək. Sabah daha 3 oyun keçiriləcək. Həmin gün “Standard” Şəfa stadionunda “Neftçi” ilə qarşılaşacaq. Son çempion “Xəzər-Lənkəran” Tovuzda “Turan”ın qonağı olacaq. “Qəbələ” isə “Simurq”la top qovacaq. 18-ci tura isə aprelin 28-i Şəfa stadionunda keçiriləcək “İnter”-“Olimpik” görüşü ilə yekun vurulacaq. |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|