| |
Son 3 il ərzində 14 min müəllim kompyuter bilikləri ilə bağlı treninqdən keçib. Lakin bu, ölkə üzrə müəllimlərin hələ 8 faizi deməkdir. «Təhsildə informasiya kommunikasiya texnologiyaları» mövzusunda seminarda çıxış edən təhsil naziri Misir Mərdanov bu sahədə 2008-2012-ci illəri əhatə edən yeni dövlət proqramının hökümətə təqdim edildiyini bildirib. Təhsil naziri orta məktəblərdə keçirilən son sınaq imtahanlarının nəticələrinin sabah açıqlanacağını da bildirib.
|