| |
Misir Mərdanov: "Sınaq imtahanları keçirilən 893 məktəbdən 100-ü "0" nəticə göstərib". 2006-2007-ci illərdə orta məktəblərin 11-ci siniflərində keçirilən mərkəzləşdirilmiş buraxılış imtahanlarında aşağı nəticə göstərən 1001 nəfər attestat almayıb. Bu barədə təhsil naziri Misir Mərdanov bu gün Təhsil Nazirliyində keçirilən “Yeni qiymətləndirmə sistemi: nailiyyətlər, problemlər və qarşıda duran vəzifələr” mövzusunda kollegiya iclasında bildirib. Sınaq imtahanları keçirilən 893 məktəbdən 100-ü "0" nəticə göstərib. Təhsil naziri Misir Mərdənovun sözlərinə görə, 52 min 96 şagirdi əhatə edən həmin imtahanda məktəblilərin yalnız 34,4 faizi müvəffəq qiyməti alıb. Nazir jurnalistlərə müsahibəsində ali məktəblərdə ixtisasların sayının azaldılacağını da bildirib. |