| |
Geri |
|
| |
|
100 metrlik displey qurulacaq
09.10.2008 21:48:29
Həmin ekranda təqdim olunan təsviri 1,5 kilometrlik məsafədən görmək mümkün olacaq |
|
| |
Birləşmiş Ərəb Əmirliklərinin Tameer Arxitektura Bürosu yeni hündür binanın layihəsini işləyib. Podium adlı 33 mərtəbəli binanın əsas xüsusiyyəti, onun tərəf divarlarından birində 100 metr hündürlüyündə əyilmiş işıq diod displeyin qurulacağıdır. Dünyada ən böyük olacaq bu displey əsasən reklam və informasiya məqsədləri, eləcə də tərtibatçıların sözlərinə görə, sənət əsərlərinin nümayiş etdirilməsi üçün istifadə olunacaq.
Memarlar qeyd edirlər ki, həmin ekranda təqdim olunan təsviri 1,5 kilometrlik məsafədən görmək mümkün olacaq. Displeyin layihəsi ABŞ-da Aqos Kazino və Çində Qrand Lisboa göydələni kimi layihələrlə tanınan Dactronics şirkəti tərəfindən işlənib hazırlanıb.
Tablonun konstruksiyası olduqca sadədir. Belə ki, həmin tablonu bir çox ayrı-ayrı işıq diodlar təşkil edəcək ki, bu işıq diodların hər birinin elektron idarəetmə sistemində özünün yeri olacaq.
Diodların binadan müxtəlif məsafələrdə yerləşdirilməsi nəzərdə tutulub ��" belə vəziyyətdə displeyin əyilmiş formasını əldə etmək olar. Konstruksiyanın bütün elementləri rütubətdən qorunacaq. Hər bir diodun “bir milyard rəng çaları” əks etdirəcəyi bildirilir.
Ekranın qurulmasında, binanın ofislərinə işığın yayılmasına mane olmamaq şərti də nəzərə alınıb: arxitektorların fikrincə displeyin qurulduğu tərəfdə yerləşən otaqlar digərləri kimi işıqlanacaq.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|