| |
Geri |
|
| |
 |
"Qadınların zooparkı" açılıb
22.05.2008 13:10:03
Turistlər 1 dollara boynu uzun "zürafə xanımlar"a baxırlar |
|
| |
Banqkok yaxınlığında insanların zooparkı açılıb. Yəni, bu ərazidə turistlər pul verib boynu uzun “zürafə qadın” adlandırılan xanımlara baxmaq imkanı qazanırlar. Bütün dünyada populyar olan bu qadınlar boyunlarına metal halqalar taxmaqla onu bir qədər də uzadırlar. Tailandda bu prosesi padunq, xanımların özlərini isə kayanlar adlandırırlar. Kayanların boyunlarına taxdıqları halqaların çəkisi bəzən 10 kq-a çatır. Onların ağırlığı altından illər boyunca çiyinlər aşağı düşür, boyun isə uzanır. Kayanların daha çox yaşadığı kənd Banqkok yaxınlıqda yerləşir. Oranın sakinləri də bu imkandan istifadə etmək qərarına gəliblər. Cəmi 1 dollar məbləğində turistlər gəlib bu ekzotik qadınları müşahidə edə bilərlər. Digər kəndlərin sakinləri bunu şəxsiyyətin alçaldılması kimi qiymətləndirirlər. Amma kənd başçısı hesab edir ki, işsiz qalıb acından ölməkdənsə, bu qadınlara hansısa formada pul qazanmaq imkanı vermək daha yaxşıdır. |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|