| |
Geri |
|
| |
 |
"Hertha Berlin" 0:1 "Qalatasaray"
03.12.2008 21:52:46
"Qalatasaray", UEFA Kuboku 2-ci Tur (B) qrupu 4-cü matçında Alman klubu "Hertha Berlin"lə qarşılaşır. Matçın hakimi İtalyan Nicola Rizzolidir
|
|
| |
Stadion: Berlin Olimpiya Stadionu HERTHA BERLİN: Drabny, Friedrich, Simunic, Stein, Chahed, Dardai, Kacar, Rafael, Ebert, Voronin, Pantelic. QALATASARAY: De Santis, Sabri, Meira, Servet, Hakan Balta, Arda, Mehmet Topal, Barış, Kewell, Lincoln, Baros. Hakimlər: Nicola Rizzoli, Andrea Stefani, Giuseppe De Santis, Luca Marelli (İtaliya)
MATÇ BAŞLADI
1. 1-ci Hissəyə Qalatasaray başladı...UĞURLAR CİM-BOM!!! Hər iki tərəf matçın ilk dəqiqələrində ehtiyatlıdırlar... Hertanın sağ cinahdan hücumu...müdafiə topu kornerə çıxarır... 4. Hakanın cərimə meydanına hava ötürməsi Herta müdafiəçiləri topu uzaqlaşdırırlar.. 7. Lincolndan pas alan Kewellin qapıya güclü zərbəsi... Top qapı üstündən kənara çıxır 10. Pantelic cərimə meydanının dərinliyiə ötürmə etdi... Servetdən güclü zərbə...Korner... 11. Sol cinahdan atılan korneri başla uzaqlaşdırdıq... 13. Barosa doğru uzun orta pası... Baros cərimə meydanına daxil olur... Tek başına... Qarşısında 3 Herthalı oyunçu var.. Qapıçı da çıxır... Hertanın qapıçısı matçın ilk təhlükəli vəziyyətində komandasını qoldan xilas etdi...Bu dəqiqələrdə Qalatasaray çox fəaldır... 15. Lincolndan cərimə meydanına daha bir orta pası...top Hertanın müdafiəçilərində qalır... 19. Raffael, solda top istəyən Pantelici gördü... Pantelic cərimə meydanına doğru irəliləyir...Yerdən qüvvətli zərbə... De Sanctist yerindədir... 20. Lincoln cərimə meydanın yaxınlığından qapıya güclü zərbə endirir... Qapıçı Drobny topu güclə kornerə çıxarır... Cərimə zərbəsi yerinə yetiririk... Hertalı müdafiəçilər topu başla uzaqlaşdırırlar...Sabrinin qapıya zərbəsi...top qapıdan xeyli aralı keçir... 24. Linkoln təxminən 25 metrlik uzaqlıqdan qapıya güclü zərbə endirir. Qapıçı son anda topu kornerə çıxara bilir 25. Drobny kornerdən atılan topu yumruqları ilə uzaqlaşdırır.... 27. Hertha bu dəqiqələrdə topu öz meydanından uzaqlaşdırmağa çalışır... Sabri meydanın mərkəzi ilə irəliləyir... Təxmini 30 metrdən qapıya zərbə endirir...top qapı üstündən meydanı tərk edir... 30. Barosa qarşı qaydanı pozan Chahed sarı kartla cəzalanır... 32. Qapıdan 30 metr aralı cərimə zərbəsi yerinə yetirəcəyik... Lincoln ve Mehmet Topal topun yanındadırlar... Mehmet cərimə zərbəsini yerinə yetirir...Sərt vurdu...Top qapının üstündən çıxır... 35. Baros cərimə meydanına yaxın qapıçını sınağa çəkir... Drobny yerindədir... 38. Qalatasaray meydanın mərkəzində pressinq işlədir... 39. Lincoln yenə cərimə meydanına girmədən qapıya tərəf zərbə endirdi... Qapıçı Drobny yenə yerindədir... 40. Hertanın qapıçısı Arda və Lincolnun ötürmə hiyləsini anladı...qapını tərk etdi və topu qazandı... 41. Lincoln cərimə meydanında yerə yıxılır...Hakim bunu aldatma kimi dəyərləndirir....Lincona sarı kart göstərir... 42. Hertalı Chahed zədə alır... Həkimlər ona meydandan kənarda yardım edəcəklər...Oyun davam edir... 44. Kewell sol cinahdan qapıya tərəf zərbə endirir...Hertalı müdafiəçilər topu başla uzaqlaşdlrırlar... 45. Hakim matçın ilk yarısının sona çatdığına işarə edir...
"Herta"-"Qalatasaray" 1-ci Hissə 0-0
2-ci HİSSƏ BAŞLADI...
46. Topu oyuna Herta daxil edir... Chahedin yerinə meydana Von Bergen girir... 49. Hertanın hücumu...Pantelic cərimə meydana daxil olmadan qapıya zərbə endirir...Top qapıdan çox aralı meydandan çıxır... 51. Kewell sol cinahdan topa yetişir...Lakin hakim topun meydan xəttindən çıxdığını idda edir... 52. Simunic, Barosa qarşı qayda pozuntusuna görə sarı kart alır... 54. Hertha sağ cinahdan korner atır... Qalatasaray müdafiəsi penalti nöqtəsindən topu uzaqlaşdırır... 56. Arda sağdan cərimə meydanına daxil olur... Arxadan ona yetişən Barosa ötürmə verir... Baros ilk həmlədə vurmadı...İkinci həmlədə top müdafiəçilərə dəyib uzaqlaşır... 59. Qapımız qarşısında təhlükə... Müdafiəmiz 2 hücumçuya qarşı bir müdafiəçi vəziyyətində qaldı...... De Sanctis önə çıxmadı... Pantelic cərimə meydanının sağında ötürməni qəbul edir.. İçəriyə doğru bir az da irəliləyir... Qapıya doğru zərbə endirir...Top müdafiədən dönür... 62. Hertha sağdan korner atacaq. Qalatasaray qapısı önündə qarışıqlıq yaranır...Müdafiə son anda topu tam penalti nöqtəsindən uzaqlaşdırır... 65. Pantelic oyundan alınır. Santos oyuna daxil olur... 66. Kacar cərimə meydanı xaricindən qapıya güclü zərbə endirir. De Sanctis qola izin vermir... 67. Və penalti!... Kewellin sol cinahdan ötürməsini Friedrich əli ilə qarşılayır...
70. QOOOOOOOOLLLLL!!!! BAROS PENALTİNİ QOLA ÇEVİRİR!!!! "Herta" 0-1 "QALATASARAY"
71. Ebert oyunu tərk edir, Domovchiyski oyuna daxil olur... 73. Cərimə meydanımızda gərgin an yaşandı... De Sanctisin tut bilmədiyi top qaöıdan az aralı meydanı tərk edir 75. Hertanın hücumunu Servet topu kornerə çıxarmaqla kəsir...Simuniç kornerdən gələn topu başla qapıya yönəldir. Afərin De Sanctis! 78. Lincolnun sol ayaqla güclü zərbəsi... Qapıçı Drobny yerindədir... 79. Qalatasarayda oyunçu əvəzləmısi. Emre Güngör Sabrini əvəz edir... 81. Qalatasaray gözəl bir fürsədi qaçırır...Herta müdafiəsini tək oyunçuda yaxaladıq... Ardadan, Barosun qaçış yoluna doğru yerləpas... Baros qaydanı pozur... 84. Dardai, Lincolna qarşı kobud oynayır. Cəzası sarı kart!.. 85. Nonda oyuna daxil olur. O Barosu əvəz edir. 87. Domovchiyski cərimə meydanımıza daxil olur...Qapıçı ilə təkbətək qalır... Zərbə... Afərin De Sanctis! 89. Nonda sarı kart alır... 90. Hakim matçın əsas vaxtına 4 dəqiqə əlavə etdi... 90+1. Arda zədələnir. 90+2. Arda oyuna davam edə bilmir. Volkan onu əvəz edir 90+3. Meira və Drobny sarı kart alır... 90+4. Qapı önümüzdə qarışıqlıq. Qapıçı son anda topu uzaqlaşdırır 90+6. Voronin sarı alır...
MATÇ SONA ÇATIR QALATASARAY 0-1 HESABI İLƏ HERTANI MƏĞLUB EDİR. TƏBRİKLƏR CİMBOM!!! |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|