| |
Geri |
|
| |
 |
"Heç bir incikliyim yoxdur"
19.11.2008 17:26:57
Brilliant Dadaşova: “Hamının tanıdığı bir nəfərdən həmişə uzaq durmuşam”
|
|
| |
“Mənim Azərbaycanda sənəti olan insanlarla heç bir incikliyim yoxdur. Amma sənətçi adlandırılan bir nəfərdən həmişə özümü qorumuşam. O insan həmişə mənə pislik etmək istəyib”.
Bunu Azərbaycanın xalq artisti Brilliant Dadaşova jurnalistlərə açıqlamasında deyib. B. Dadaşova əlavə edib ki, Azərbaycan telekanallarından birində 5 il ərzində müəllifi olduğu verilişin aparıcısı kimi bütün sənətçiləri verilişinə dəvət edib və bu günədək də heç kimlə problemi olmayıb: “Sadəcə, bir nəfər var ki, siz hamınız onun kimliyini yaxşı bilirsiniz, o insan mənim həyatımda olmayıb və ümumiyyətlə o insandan uzaq durmuşam. Onunla heç bir kəsişmə nöqtəmiz olmayıb. O olan yerə getməməyə çalışmışam. Amma nədənsə, həmin şəxs mənə qarşı həmişə pislik etmək istəyib”.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|