| |
"Azərbaycanın siyasi cəhətdən də qələbə çalmağı düşmən üçün də sensasiya kimi qəbul oluna bilər"
""Evrovizion" artıq çoxdandır ki, siyasi aksiyadır, siyasi tədbirdir. Onun musiqi ilə, mədəniyyətlə o qədər də əlaqəsi yoxdur". Bu barədə politoloq Mübariz Əhmədoğlu ANS PRESS-in əməkdaşı ilə söhbətində bildirib. Onun sözlərinə görə, həmişə-"Evrovizion" ərəfəsində də, "Evrovizion"dan sonra da qalib gələn dövlətlərlə bağlı səslənən fikirlər bunu deməyə tam əsas verir.
"Azərbaycanın siyasi cəhətdən də qələbə çalmağı düşmən üçün də sensasiya kimi qəbul oluna bilər. Həmçinin, musiqiyə görə, bədii tərtibata, məzmununa görə qalib gəlmək də sensasiyadır. Ona görə yox ki, musiqinin keyfiyyətində, mahiyyətində nəsə var",- deyən M.Əhmədoğlu, müsabiqədə ölkəmizin iştirak etməsi üçün böyük zəhmət çəkildiyini vurğulayıb və Azərbaycanın hazırlığını yüksək dəyərləndirib.
O, müsabiqədə ölkəmizin uğur qazanacağına inandığını bildirib, həmçinin uğur qazanmayacağımız halda, peşman olmağa, yaxud sınmağa heç bir əsasımızın olmadığını qeyd edib: "Ən azı, Azərbaycanın səpələnmiş geniş diasporası yoxdur. Qaydaya görə, Azərbaycan dövləti özü səs verə bilməz. Bir dövlətin içində aktiv olan milli azlıqların nümayəndələri bütövlükdə o dövlətin səsini qazana bilərlər. Keçən il Türkiyədə yaşayan ermənilər o qədər aktiv oldu ki, Türkiyə verilən səslərə görə Ermənistana səs vermiş sayıldı. O baxımdan, geniş diasporamız yoxdur, xüsusən də bu işlə bağlı biz demək olar ki, diasporamızla iş aparmamışıq" |