| |
Boyunuz qısa, baldırlarınız geniş, beliniz qalındırsa, vacib deyil. Vacib olan düzgün geyinməyi bacarmaqdır. Bu da sizin üçün düzgün geyinmənin sirləri.
Köksünüz. Tünd rənglərdən istifadə edin. Stereç paltarlaradn uzaq olun. Tökülən parçalardan seçəcəyiniz paltarlar sizi daha gözəl göstərəcək.
Qısa boylusunuz. Çox uzun və ya qısa koftalar, jaketlər geyməyin. Düşük belli şalvarlar üzərinə saçaqlı bir köynək əla gedər. Şalvar seçərkən də təbii ki, düşük belliləri (çanaq şalvarları) seçin çünki onlar da boyu uzun göstərir. Donlara gelincə uzun donlar da seçə bilərsiniz ancaq çox diqqətli olun.
Boyun dekoltesi Boynuzun uzunsa hər tərzdən istifadə edə bilərsiniz. Əgər boynuzun qısadırsa o zaman “V” yaxalı dekolitələri seçin. Bununla boynunuz olduğundan daha uzun görünəcək. Boynunuzu uzun göstərmənin sirlərindən biri dekolteli paltarlarda şaldan istifadə etməkdir.
Vüsalə ÇİNGİZ
|