| |
Geri |
|
| |
|
"Bakı" "Anderlext"lə qarşılaşacaq
01.12.2008 16:47:53
"Anderlext" klubunun meneceri Bekir Tedik "Bakı" və "Anderlext" klubları arasında yoldaşlıq görüşləri keçiriləcəyini deyib
|
|
| |
Belçikanın “Anderlext” futbol klubunun meneceri Bekir Tedik Bakıya gəlib. “Anderlext” in nümayəndəsi Bekir Tedik “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmmədova “Anderlext” prezidentinin ona yazdığı məktubu çatdırıb və ona da üstündə adı olan formanı təqdim edib. Bekir Tedik iki klub arasındakı razılığa əsasən dekabr ayının ilk həftələrində “Bakı” klubunun gənc oyunçuları Aqil Məmmədov və Bəxtiyar Soltanovun Brüsselə gedərək “Anderlext”in məşqlərinə qatılacağını bildirib. Bundan əlavə fevral ayında hər iki klubun prezidentlərinin görüşünün gözlənildiyini söyləyən Tedik layihə daxilində Bakı və Brüsseldə klublar arasında yoldaşlıq görüşləri keçiriləcəyini də deyib. “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov Bekir Tedikin səfərindən və “Anderlext”in diqqətindən çox məmnun olduğunu söyləyərək bu iş birliyinin Azərbaycan futboluna çox fayda verəcəyini bildirib.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|