Deyirdim ki, bu quruluş dağılacaq! Axtar: 
   • Moskvada 26 nəfər soyuqdan ölüb    • Nardaranda kafir bayraqları yandırılıb    • Misir Mərdanov əmr verdi    • Qəzza uğrunda döyüşlər gedir    • İlhamənin məhkəməsi davam edir    • Hakimiyyət bahalaşma planı qurur    • Sabiq nazirin qardaşı müxalifətçidir    • Səhiyyə Nazirliyində özbaşnalıq    • Polis rəisi İsrail səfirliyinin qarşısında müxbiri döydürdü    • Gəncədə anti-İsarail aksiya
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino/TV|Səhiyyə|Qadın|Video|Yazarlar
   Geri
Yazı Ölçüsü: 
  "Azərbaycandan mənə təklif gəlib"

01.12.2008 22:04:52

“Azərbaycandan təklif almışam. Amma bu, indi yox, bir neçə ay əvvəl olub”. Bu sözləri açıqlamasında Portuqaliya milli komandasının sabiq baş məşqçisi Artur Jorje deyib.

  Hazırda vətənində istirahət edən 62 yaşlı portuqaliyalı mütəxəssis Rusiya mətbuatında yayılan məlumatlara münasibət bildirib. O, Azərbaycanın hansı komandasından təklif aldığını xatırlamayıb: “Yadımdadır, bir neçə ay əvvəl mənə Azərbaycandan təklif gəlmişdi. Amma hansı komanda olduğunu dəqiq xatırlamıram. Agentim vasitəsilə mənə bu variantı çatdırmışdılar. Lakin sonradan ortada real bir şey olmadı və məsələ tədricən arxa plana keçdi”.

Jorje futbolumuz haqqında məlumatsız olduğunu da gizlətməyib: “Dünya futbolunda məşqçiyə müxtəlif yerlərdən təkliflər gəlir. Bu, normal haldır. Məndə olan məlumata görə, agentim “Xəzər-Lənkəran”a xidmətlərimi təklif etməyib. Futbolunuz, o cümlədən bu klub haqqında məlumatsızam. Buna görə də soruşduğunuz məsələlər barədə fikir yürütməyə çətinlik çəkirəm. Azərbaycandan yaxşı təklif alaramsa, bunu dəyərləndirmək mümkündür. Ancaq indi konkret təklif yoxdursa, bu haqda ətraflı danışmağa lüzum görmürəm”.

Artur Jorjenin Azərbaycan milli komandası və ya “Xəzər-Lənkəran”da işləmək ehtimalı barədə bu gün Rusiya mətbuatı məlumat yayıb. Rusiyalılar onun Premyer Liqada yarışan Permin “Amkar” klubuna baş məşqçi təyin olunacağını yazıblar.

Qeyd edək ki, 1981-ci ildən məşqçi qismində fəaliyyət göstərən Jorje vətənində “Portu” və “Benfika”, ölkə kənarında isə PSJ (Fransa), “Vitess” (Hollandiya) və MOİK (Rusiya) kimi tanınmış klubları çalışdırıb. Onun hesabında klub məşqçisi kimi üç Portuqaliya, bir Səudiyyə Ərəbistanı çempionluğu var. Həmçinin, Jorje Portuqaliya kuboku və Superkubokunu, PSJ ilə Fransa kubokunu qazanıb. Portuqaliya, Kamerun və İsveçrə milli komandalarına rəhbərlik etmiş mütəxəssis sonuncuları 1996-cı il Avropa çempionatının final mərhələsinə çıxarıb. Onun məşqçilik karyerasının ən böyük uğuru 1986/87 mövsümündə “Portu”ya Çempionlar Kuboku qazandırması sayılır. Axırıncı dəfə Fransanın üçüncü divizion klubu “Kretey-Luzitanos” klubunu çalışdırmış Jorje il yarımdır işsizdir.
 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Eyni kateqoriyadan digər xəbərlər
 » Millimiz Rusiya ilə qarşılaşacaq
 » Rəşad Sadiqov rəsmən “Qarabağ”da!
 » Berti Foqts 62 yaşını qeyd edir
 » Stiven Cerrard həbs olunub
 » 3-cü saniyədə meydandan qovuldu
 » Transfer bazarında yeniliklər
 » Hitler dünyanın ən fanatik futbol azarkeşidir
 » Maradona azarkeşləri hirsləndirib
 » T.Rəcəbov qran-prinin qalibidir
 » “Neftçi”nin prezidenti üzr istəyib
 
 Ömər AHISKALI
  "Talan"erant şeyx"imiz"
  16 noyabr Dünya Toletantlıq gününü bütün ölkələrdən öndə şeyxi olmaqla, əlində tolerantl&...
20.11.2008
 
 Osman YAVUZ
    İlham Əliyevə bonus- iki il!
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən yıxılır  
   SORĞU
Bu gün seçkidə namizədlərdən kimə səs verdiniz?
 
Hafiz Hacıyev
Fazil Qəzənfəroğlu
Fuad Əliyev
İlham Əliyev
İqbal Ağazadə
Qüdrət Həsənquliyev
Qulamhüseyn Əlibəyli
Heç kimə
Nəticələr
Bütün Sorğular
 Qalereya
Qəzza
Sonrakı >
< Əvvəlki
Qəzza
Qəzza bu gün...
Əsas | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino/TV | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Əlaqə

Deyirdim ki, bu quruluş dağılacaq!

Copyright © 2006-2007 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.