Elçibəyin səsi !.. Axtar: 
   • Bu gün Uşaqların Müdafiəsi Günüdür    • AŞPA-da Azərbaycanla bağlı qalmaqal    • Türkmənistanda prezidentlik müddəti artırılır    • Qənimət Zahid 17 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb    • Tarkan Yaşıl Teatrda konsert verdi    • Tornado ABŞ-da bir neçə şəhərə ciddi ziyan vurub    • Ordumuzun mövqeləri atəşə tutulub    • Ordumuzun əsgəri qətlə yetirilib    • AB qeyri-leqal miqrantlara qarşı    • Məzun günü təşkml ediləcək
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas Səhifə|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino|Səhiyyə|Qadın|Video|Yazarlar
 
   Geri
Yazı Ölçüsü: 
  "Azərbaycana qarşı müharibə"

12.02.2008 18:57:21

Londonda ilk dəfə "Azərbaycana qarşı müharibə" adlı kitabın təqdimatı keçirilib
  Londonda ilk dəfə olaraq «Azərbaycana qarşı müharibə» ("War against Azerbaijan") kitabının təqdimatı keçirilib.

"Kitab peşəkar səviyyədə hazırlanıb. Bunu səfir kimi yox, adi oxucu kimi deyirəm» - deyə təqdimat mərasimində Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov bildirib.
Kitabın təqdimat mərasimində Türkiyə, Belarus və digər ölkələrin diplomatik missiyalarının nümayəndələri, habelə beynəlxalq araşdırma mərkəzlərinin təmsilçiləri, müstəqil jurnalistlər və azərbaycanlı tələbələr iştirak edib. Kitabın slayd-təqdimatını materialları toplayan Kəmalə İmranlı həyata keçirib. Bundan sonra Qarabağın mədəni irsi, habelə ermənilər tərəfindən Dağlıq Qarabağda tarixi və arxitektur abidələrin vəhşicəsinə dağıdılması haqqında ingilis dilində sənədli film nümayiş etdirilib.
«Qarabağ haqda gerçək faktlar» silsiləsindən olan «Azərbaycana qarşı müharibə» adlı kitabın təqdimatı Azərbaycanın Böyük Britaniyadakı səfirliyi tərəfindən təşkil edilib.
«Azərbaycanın mədəni irsi çox vacib müzakirə predmetidir. Onu geniş yaymaq və Böyük Britaniya ilə Qərbi Avropaya izah etmək lazımdır». Bunu kitabın təqdimat mərasimində «Trend»ə açıqlamasında Böyük Britaniyanın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Rusiya və Avrasiya proqramının (CSIS) nümayəndəsi Aleksandros Petersen deyib.
«Qərbi Avropanın Dağlıq Qarabağ münaqişəsi barədə məlumatı azdır, ya da ümumiyyətlə yoxdur. Nə qədər çox informasiya olsa, bir o qədər yaxşıdır" – deyə o vurğulayıb.
«Biz bilirik ki, bu məsələ ilə bağlı bir neçə rəy mövcuddur. Lakin eyni zamanda nəzərə alsaq ki, Azərbaycan erməni təcavüzünün qurbanıdır, zənnimcə, bu baxımdan Azərbaycan tərəfini bu münaqişədə nəzərdən keçirmək xüsusi olaraq maraqlıdır» - deyə CSIS təmsilçisi əlavə edib.

CSIS nümayəndəsinin sözlərinə görə, təqdimat zamanı əsas diqqət mədəni və arxitektur abidələrə, konkret olaraq xristian Albaniyasının tarixinə yönəlib.
«Bu çox yaxşıdır. Çünki başqa cür olacağı təqdirdə maraq göstərməyəcək auditoriyanı cəlb etmək mümkünsüz olardı» - deyə o vurğulayıb.
Kitabın müəllifləri Azərbaycanın Xarici İşlər Nazirliyi və Heydər Əliyev Fondudur. Bu, Azərbaycanın zəngin və qədim mədəni irsi barədə, konkret olaraq Dağlıq Qarabağın tarixi və arxitektur abidələri barəsində bəhs edən «Azərbaycana qarşı müharibə» kitabının ilk təqdimatı idi. Kitaba albom, multimedia kompakt-disk, habelə DVD formatında sənədli film daxildir.
Kitab ingilis dilindədir və onun tirajı 5 min nüsxədir. «Azərbaycana qarşı müharibə» Azərbaycanın bütün diplomatik missiyalarına paylanıb. Kitabın növbəti təqdimatı fevralın 13-də Parisdə YUNESKO-nun mənzil-qərargahında keçiriləcək.
Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cı illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cı ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.
 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Eyni kateqoriyadan digər xəbərlər
 » Tarkan Yaşıl Teatrda konsert verdi
 » Aktyorlar gildiyasından nazirliyə təklif
 » Vatikanda azərbaycanlı rəssamın sərgisi açılıb
 » Diqqətlər yenidən Serbiyanın paytaxtında
 » Azərbaycan çox ciddi rəqibdir
 » “Evrovision”a start veriləcək
 » "Xristian ölkələri çalışırlar ki..."
 » "Evrovizion"da qələbə çalmasq üçün güclü diaspora olmalıdır
 » Bu gün tarzən Ramiz Quliyevin ad günüdür
 » “Qlobal Kənd” festivalı keçiriləcək
 
 Turan OSMANLI
  "Atom sobaları"
  İndi də qazın bolluğundan qırılırıq...
06.03.2008
 
 Vüsalə ÇİNGİZ
    Anonim deyə oxunan mahnılarımız
 Bəhruz NAĞI
    Vətən müqəddəsdir!
 Hafiz HACIXALIL
    Dünyanın Qarabağ problemi
 Günel AZƏRİ
    "Kaş ki"
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən özündən gedir  
   SORĞU
"Eurovision"da Azərbaycanı təmsil edəcək müğənnidən razısınızmı?
 
H?
Yox
Nəticələr
Bütün Sorğular
 Qalereya
Maraqlı və inanılmaz rəsmlər
Sonrakı >
< Əvvəlki
Maraqlı və inanılmaz rəsmlər
Maraqlı və inanılmaz rəsmlər
Əsas Səhifə | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Reklam | Əlaqə

Elçibəyin səsi !..

Copyright © 2006-2008 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.