| |
Geri |
|
| |
 |
Qadın: Yetkin qadının 25 bacarığı
15.11.2007 23:59:20
İşə başlayandan özünü yetkin qadın kimi hiss edirsən. Amma hələ özünü tam yetişmiş qadın adlandıra bilməzsən. |
|
| |
1. Güzgüsüz pomada çəkmək Formalı çəkməyə çalışmadan pomada ilə dodaqlarının üzərindən apar. Sonra bir neçə saniyəlik dodaqlarını bir-birinə bərk sıx - pomada özü dodaqlarına bərabər çəkilmiş olacaq.
2. Kompliment qəbul etmək Sakit və əlavə emosiyalarsız. Çalış ki, kompliment söyləyən adama təşəkkürlər yağdırmaya və ???Sadəcə, burada işıq yaxşı düşüb??? tipli cümlələrlə təvazökarlığını nümayiş etdirməyəsən.
3. İşin çox olduğu bir vaxtda şefinə xəstələndiyini xəbər vermək Vicdan əzabını unut - sən doğrudan da özünü çox pis hiss edir və işə çıxa bilmirsən. Sənə nə olduğunu şefə başa sal və həkimin nə vaxta səni ayaqüstə qoyacağını bildir. Xatırlat ki, nə məsləhət lazım olsa, sənə istənilən vaxt zəng edə bilərlər.
4. Lazımlı ünvan və telefonları tapmaq Yaxşı telefon sorğu kitabı və ya onun elektron versiyasını al. Böyük çətinliklə əldə etdiyin telefon nömrələrini heç vaxt atma. Təcrübə göstərir ki, onlar nə vaxtsa yenidən lazım olacaq.
5. Kompüterdə, o cümlədən də İnternetdə işləmək Savadlı insanları qıcıqlandıran bu tipli suallar vermə: ???Mətni necə yadda saxlayım???? və ya ???Rambler nədir????. İki axşamını sənə həsr edəcək kompüter bilicisi dostun nə lazımdırsa sənə öyrədə bilər.
6. Başqalarından gözünün altındakı göyərtini gizlətmək Korrektəedici karandaş və tonal krem çək. Kirşan çəkən zaman isə gözətrafından uzaq dur. Kirşan gözün altındakı dairələri yalnız büruzə verəcək.
7. Əldə fala baxmaq Bu, tanış olmaq üçün xoşuna gələn bir kişiyə fikirləşmədən təklif edəcəyin üsuldur. Yəqin, o bunu rədd etməyəcək; kişilər, söhbət onların şəxsiyyətlərindən gedəndə, hər şeyi bilməyə çalışırlar. Əsas üç xətti öyrən: həyat, ürək və ağıl. Bu xətlərin nə deməsini isə... onların üzündən oxu.
8. Yeni partnyorunla prezervativ haqqında söhbətə başlamaq Belə de: ???Mən prezervativlə sevişəndə özümü daha inamlı hiss edir və böyük zövq alıram. Onu geyinəndə artıq heç bir şey haqqında fikirləşmək lazım deyil???. Əgər o desə ki, ???Mən onsuz da heç bir şey haqqında fikirləşmirəm və böyük zövq alıram???, onda bu kişi ilə sağollaş və rahat nəfəs al.
9. Sızanaqlardan canını qurtar Bir dəfəyə 2-3 dənədən çox olmayaraq. Əgər bütün üzünü sızanaqlar örtübsə, onda dermatoloqa müraciət elə. Tək-tüklərlə isə belə başa çıxmaq olar: üzü sabunla yu, sızanağı isti suda saxlayandan sonra soyumasını gözlə və iynə ilə üzərinə səliqəli bas, içindəkini çıxart. Bu yeri mütləq spirtli losyonla sil.
10. Musiqi ilə hərəkət etmək Evdə məşq elə. Yüksək səsli rəqsi hamının ifa etdiyi yerdə özünü suda balıq kimi saymaq üçün cəmi bir neçə hərəkəti öyrənmək kifayətdir.
11. Bir-iki şəxsi markalı yemək hazırlamaq Yaxşı kulinariya kitabını götür və xoşuna gələn reseptləri seç (amma çətinlərini yox), onlara maraqlı adlar fikirləş və bir-iki inqridient artıraraq, özününküləşdir.
12. ???Düzgün??? içmək Bir dəfəyə nə qədər alkoqollu içki içə biləcəyini müəyyənləşdir. Öz normandan artıq içməməyi öyrən. Alkoqollu şənlikdən sonra 3 stəkan su iç ki, sabah özünü pis hiss etməyəsən.
13. İkinci görüşü təyin etmək Birinci görüş zamanı özün kimi ol, sakitliyini qoru və onunla maraqlandığını göstər; o sənə zəng edəcək, şübhən olmasın. Amma birinci görüş zamanı ikinci görüşün də vaxtını dəqiqləşdirmək yaxşı olardı. Bu barədə özün söhbət açmaqdan çəkinmə. |
| |
|
|
|