Deyirdim ki, bu quruluş dağılacaq! Axtar: 
   • Yaponiyada güclü zəlzələ baş verib    • Millimiz Türkiyə ilə qarşılaşacaq    • XİN rəhbərləri bəyanat yayıb    • Kilsə xadimi 110 uşağı öldürüb    • O.Əsədov Gürşad Tüzmənlə görüşüb    • Hüseyn Dərya həbs edilib    • Allah evi sökülür!!!    • Flora Kərimova ifadə verib    • Qarabağ əlilinin evi yarılıb    • İ. Ponomaryov "Xəzər-Lənkəran"da
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino/TV|Səhiyyə|Qadın|Video|Yazarlar
   Geri
Yazı Ölçüsü: 
  Qadın: Qış üçün ərzaq hazırlayaq

01.10.2008 22:14:39

Konservləşdirmə işini evdə görmək qənaət baxımından əlverişli olsa da, bir az risklidir.
  Çünki həmin konservlərə bakteriyalar yol tapa bilər. Xüsusən “Clostridium Botulinum” adlı bakteriyalar yüksək temperatura davamlıdır və qaynatma zamanı ölmür.
Dondurmaq, qurutmaq və ya konservləşdirmək yolu ilə bir çox ərzaqları keyfiyyəti pozulmadan saxlayıb qışda istifadə etmək mümkündür. Lakin hansı şəraitdə olursa-olsun, bu üsulla saxlanan məhsulların qida dəyəri azalır.
Konservləşdirmə zamanı aşağıdakı qaydalar nəzərə alınmalıdır:
1. Banka və qapaqlar yaxşı yuyulmalıdır. 1 il əvvəlki qapaqlardan istifadə edilməməlidir.
2. Bankalara, əvvəlcə, şorabanın suyu tökülməlidir. Ardından qaynadılmış məhsullar yerləşdirilməlidir.
3. Qaynatma uzunmüddətli olmalıdır.
4. Bankalarda çox boşluq buraxılmamalı, lakin çox da doldurulmamalıdır;
5. Qaynatmadan sonra sərin yerdə soyudularaq üzərinə istehsal tarixi yazılmalıdır.
6. Bankalar sərin və qaranlıq şəraitdə saxlanılmalıdır.

Evdə hazırlanan konserv məhsullarında bakteriyalar ola bilər

Konservləşdirmə işini evdə görmək qənaət baxımından əlverişli olsa da, bir az risklidir. Çünki həmin konservlərə bakteriyalar yol tapa bilər. Xüsusən “Clostridium Botulinum” adlı bakteriyalar yüksək temperatura davamlıdır və qaynatma zamanı ölmür. Əgər konserv yüksək temperaturda saxlanarsa, “botulin” deyilən toksin daha da inkişaf edir. Bu bakteriyaya yoluxan məhsul sağlam zənn edilsə də, istifadədən bir müddət sonra insanda halsızlıq, yorğunluq kimi zəhərlənmə əlamətləri ortaya çıxır. Göz bəbəklərində böyümə, cütgörmə, ağızda quruluq, dilin şişməsi, qəbizlik kimi hallar da özünü göstərir. Vaxtında tibbi müdaxilə edilməsə, nəfəs yolu əzələlərinin iflic olması səbəbilə zəhərlənmə ölümlə nəticələnə bilər.
Turşulu qidalarda isə bu bakteriya inkişaf edə bilmir. Ona görə də evdə yalnız turşulu qidaların konservləşdirilməsi məsləhət görülür.
Qeyd edək ki, bəzi Avropa ölkələrində ət, balıq, badımcan, quru lobya, kərəviz və göyərti qarışıqları kimi məhsullar qətiyyən evdə konservləşdirilmir.

Qurutma zamanı təmizliyə diqqət edilməli

Sobada və ya günəş şüaları altında qurutma işləri aparmaq olar. Günəşdə qurudarkən həmin sahənin təmizliyinə fikir vermək lazımdır. Bundan başqa, məhsulun torpaqla təmasda olmaması, böcək və digər zərərli təsirlərdən uzaq olması əsasdır. Məhsullar tam qurudulduqdan sonra saxlanan yerdən götürməli, sərin və quru yerdə nəmdən uzaq saxlanılmalıdır.

 
 Ömər AHISKALI
  "Talan"erant şeyx"imiz"
  16 noyabr Dünya Toletantlıq gününü bütün ölkələrdən öndə şeyxi olmaqla, əlində tolerantl&...
20.11.2008
 
 Osman YAVUZ
    İlham Əliyevə bonus- iki il!
  Yeməklər / Çalışma
Lahmacun
   
 Badamlı balıq kababı
 İncəlik salatı
 Heyva mürəbbəsi
 Turşunu necə hazırlayaq?
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən yıxılır  
   SORĞU
İdealınızakı kişi tipi hansıdır
 
Qısqanc kişi
Qısqanc olmayan
Müasir
Qazanan
Yaraşıqlı
Varlı
Nəticələr
Bütün Sorğular
 Qalereya
Azadlıq...
Sonrakı >
< Əvvəlki
Azadlıq...
Mirzə Sakit və Qənimət Zahid qardaşları "azadlıq"dadır...
Əsas | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino/TV | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Əlaqə

Deyirdim ki, bu quruluş dağılacaq!

Copyright © 2006-2007 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.