| |
Tip 0 !(I qrup)- "Ovçu" Bu qrup ən qədim qan qrupudur. Təkamül prossesində digər qan qruplarının məhz I qan qrupundan törədikləri ehtimal olunur. Dünya əhalisinin 33,5 faizi I qrup qan daşıyır. Güclü liderdir.
GÜCLÜ CƏHƏTLƏRİ: - Güclü həzmetmə qabiliyyəti - Güclü həzmetmə sistemi - Güclü immunitet
ZƏİF CƏHƏTLƏRİ: - Dietik dəyişikliklərə və ətraf mühitə çətin adaptasiya olunur. - Bəzən çox aktiv immun sistem orqanizmin özünə zidd fəaliyyət göstərir (allergiya)
ZƏİF CƏHƏTLƏRİ: - Zəif laxtalanma - Artrit - Mədən turşuluğunun artması - Allergiya
QİDA:
YAXŞIDIR: Ət ( donuz ətindən başqa),balıq,balıq məhsulları, meyvə,tərəvəz ( turş olmasın),ananas. ÇƏKİNİN: Buğda və buğda məhsulları. QAÇIN: Kələm, buğda və buğda məmulatları, qarğıdalı və qarğıdalı məhsulları,ketçup.
İÇKİLƏR: YAXŞI: Yaşıl çay,nanəli dəm. NEYTRAL: Çobanyastığı dəmi, şalfey, jenşen, qarağat yarpaqları dəmi. ÇƏKİNİN: Qəhvə, tünd içkilər, aloe, çiyələk yarpağı dəmi.
ÇƏKİ TƏNZİMLƏNMƏSİ: DAXİL EDİN: Kələm, buğda, sitrus, dondurma, şəkər, kartof. KÖMƏK EDİR: Dəniz bitkiləri (laminariya), balıq, balıq məhsulları, yodlaşdırılmış duz, ət ( əsasən mal əti, qoyun əti), göyərti, salatlar,turp. K vitamini B vitaminləri. ÇƏKİNİN: A və E vitaminləri.
FİZİKİ MƏŞĞƏLƏLƏR: Aerobika, qaçış, buzda sürüşmə, üzgüçülük.
XÜSUSİ MƏSLƏHƏTLƏR:
I ÇƏKİNİN AZALDILMASI PROQRAMI: "0" tipi üçün əsas problem maddələr mübadiləsinin sürətinin azaldılmasıdır. Bunula da çəkinin aşağı salınmasına nail olmaq olar: 1. Yemək siyahınızdan buğda və buğda məhsullarını çıxardın. 2. Yeməyinizin siyahısından kələm və kələmdan hazırlanmış bütün təamları çıxardın. Tərkibində yod çox olanlara- göyərti, salatlar, yodlaşdırılmış duz, dəniz bitkiləri və turpa meylli olun. Yaxşı olar ki bu məhsullardan yarısı kök olmaqla şirə hazırlayın. 3. Ət yeyin. 4. İntensiv fiziki məşğələlər edin.
II. Qan laxtalanmasıda problem varsa K vitamini qəbul edin (göyərti, salatlar, dəniz bitkiləri, ət yumurta).Buğda tərkibli məhsullardan və xəmir xörəklərdən çəkinin.
III. Aspirin qəbulunda ehtiyatlı olun.
Ülkər /AzərXƏBƏR/
|