| |
Hepatit C nədir?
Hepatit C- hepatit C virusu nəticəsində törənmiş qaraciyər xəstəliyidir. Son dövrlər dünyada ən çox yayılmş viruslardan biri də Hepatit C virusudur. İlk dəfə bu virus 1989 ci ildə aşkar olunmuşdur, və 18 il ərzində bu virus rəsmi olaraq 250 milyon insanda aşkar olmuşdur. Mənim bu mövzuya toxunmağımın səbəbi, bir çox insanların bu virus haqda heç bir məlumatı olmamasıdır, baxmayaraq ki, bu virus haqda kütləvi informasiya vasitələri, internet saytları, bir çox qeyri-hökumət təşkilatları və o cümlədən hökumət təşkilatları əllərində olduğu qədər seminarlar, proqramlar, görüşlər keçirirlər. Bu gün mən Hepatit C virusunun nə cür yollarla keçdiyini, necə müalicə olduğunu və bu virusdan nə cür qorunmaq gərək olduğu az da olsa sizə çatdırmağa çalışacağam. İlk öncə bildirmək istərdim ki, çox insanlar yanlş məlumatlandırılırlar ki, bu virus öskürəkdən, əldən, hətta öpüşdən keçə bilər. Amma bu yanlış bir fərziyyədir. Hepatit C birbaşa qandan kecən virusdur, beləliklə ən çox narkotik maadələri tibbi iynə vasitəsi ilə daxilə vurduqda, əgər narkoman artıq bu virusa yoluxubsa onun artıq istifadə olunmuş iynəsindən faydalanan ikinci bir narkoman bu virusa yoluxur. Ikinci bir hal qanköçürmə zamanıdır, onu qeyd etək istəyirəm, demək olar ki 70% hallarda məhz hər hansı bir insanin bu virusun daşıyıcısı olduğunu qan vermə zamanı aşkarlanır. Üçüncü bir hal, pis sterilizə olunmuş tibbi məqsədlərlə istifadə olunan tibbi ləvazimatlardır. Demək olar ki, qadınların Hepatit C virusuna yoluxumasının əsas səbəblərdən biri də budur, ginekoloji xidmətlərdən istifadə zamanı həkimlər və tibb bacıları artıq istifadə olunmuş ləvazimatları diqqətlə sterilizə etmədən növbəti xəstəni müayinə zamanı yoluxdura bilərlər. Bəzi hallarda hemodializ cihazı vasitəsi ilə də bu virus yayılır (bu böyrək xəstəliklərində qanın təmizlənməsi üçün istifadə edilən tibbi cihazdır.), son zamanlar çox dəbdə olan bədən döymələri, qadınlar arasında yayılmış qaşın, əl diliyle dəsək tatuajlar və pirsinq, manikür, pedikür, qaşalma cihazları vasitəli ilə də, bu hallarda da məhz yaxşı sterilizə olunmamış cihazlardan keçir. O cümlədən açıq yaralardan, travmalardan, cızıqlardan da keçə bilər, o halda ki bu insana tibbi yardım göstərən insanın əlində cızıq və ya çat varsa. Yüksək risk qrupuna aid olan insanlarla intim əlaqə zamanı bu virusa yoluxma riski böyükdür. Bu virusa yoluxmuş gənc qadınları çox tez-tez həkimlərə müraciət edirlər, əsasən də onlar hamilə qala bilərlərmi, körpələrinə süd verə bilərlərmi, həmçinin hansı klimatik zonalarda istirahət edə bilər, günəşlənə bilərlərmi, hansı idman növləriylə məşğul ola bilərlər, hans bioloji aktiv dərmanlardan (yəni vitaminlərdən və aminoturşulardan) isitfadə edə bilərlər suallarını verirlər. Mən də bu haqda bir az araşdırma aparmağı qərarlaşdırdım və çox məşhur tibbi qadın jurnalında bütün bu suallara cavab tapdım. Bu jurnalda suallara tibb elmləri doktoru, hərbi akademiyanın professoru cavab verib. Bu virus daşıyıcısı olan qadının hamilə qalmaması daha məsləhət görülür, amma bir çox bu virusdan əziyyət çəkən qadınlar hamilə qalırlar və ana bətnindəki körpələr tam sağlam dünyaya gəlirlər. Lakin bu virus daşıyıcısı olan qadına körpəsinə süd verməməyi məsləhət görürlər, çünki süd verən ananın döş nahiyəsində çatlar mövcud ola bilər və süd verən zamanı uşaq virusa yoluxa bilər. Digər qadınları çox maraqlandıran sual isə, yay və yaz aylarında hansı klimatik qurşaqlarda istirahət etməkləri məsləhətdir. Həkimlər qadınlara xəstəliklərinin remissiya dövründə (sakitləşmə) yaşadiqları ölkənin iqliminə uyğun gələn hər hansı bir yerdə tam sərbəst istirahət edə biləcəklərini təsqidləyirlər, lakin qadınlara günəşlənmə zamanı çox diqəttli olmaqlarını məsləhət görürlər, çünki uzun müddət isti günəş altında qaldıqda orqanizm xüsusi bioloji elementlər istehsal edir, bu da qara ciyərin iltihabını gücləndərə bilər. Bu səbəbdən həkimlər yoluxmuş insanlara dəniz kənarında günəşlənməyə səhər saat 11-ə qədər məsləhət görürlər. Növbəti çox geniş yayılan suallardan biri də idmana aid idi. Həkimlər Hepatit C-li qadınlara idmandan istifadə etməməsini tövsiyə edir, amma əgər edərlərsə bu yalnız xəstəliyin remissiya vaxtında olan, yalnız çox yüngül hərəkətlərdən istifadə etmək olar. Qadınlara onun müalicə həkimin təyinatı olmadan heç bir dərman preparatlarından, vitaminlərdən, bioelementlərdən, aminoturşulardan istifadə etməsi qəti qadağandır.
Yuxarıda sizə Hepatit C virusuna hansı vasitələrlə yoluxma ehtimalı haqda az da olsa məlumat verməyə çalışdım. Dərhal hər bir insanın beynində bu virusdan hansı tibbi yollarla müalicə olunması sualı çıxır. Əfsuslar olsun ki, hal-hazırda Hepatit C virusunun tam müalicəsi mümkün deyil. Dünya alimləri bunun üzərində işləyirlər. Bəlkə də bir neçə vaxtdan sonra bu virusun zərdabını icad edə biləcəklər. Amma onu da qeyd etmək istəyirəm ki, bu virusun profilaktik müalicəsi var. Bir sözlə dərman müalicə adlandırsaq daha düzgün çıxar. Dərman müalicəsinin bir neçə tipi var. Monoterapiya (yəni bir dərmandan istifadə) və Kombinasiya edilmiş müalicə (yəni iki dərmandan istifadə edilmiş müalicə) Bu hansı dərmanlardır? İnterferon və Ribavarin. Daha geniş yayılmş müalicə İnterferonladır ( orqanizmin virusa qarşı əmələ gətirdiyi proteinlər).
Hepatit C virusundan necə qorunmaq olar? Bu o qədər də çətin bir məsələ deyil. Bir sözlə bütün tibbi-gigiyena qaydalarına əməl etmək lazımdır. Hər hansı bir hekimə, gözəllik və ya tatuaj salonuna gedende, getdiyiniz yerin tibbi standardlara uygun gelmeyine fikir vermeliziniz. Eger evinizdə və ya iş yerinizdə Hepatit C virusu daşıyıcısı varsa və ya siz artıq bu virus daşıyıcısısınızsa ətrafınızdakı insalnarı məlumatlandırmağınız mütləqdir. Ailəniz və bilavasitə sizinlə yaxın ve cinsi elaqədə olan insanlar qanlarını analizə verib yoxlatmalı, Hepatit A və B virusuna qarşı zərdab vurdurmalıdırlar.
Gələcək nəsillər naminə bütün insanlar, əsasən də qadınlar öz sağlamlıqlarını qorumalıdırlar.
Resurslar: Internet saytları və qadın tibbi jurnalları.
Ülkər Şahinqızı /AzərXƏBƏR/
|