| |
Optimistlər uzunömürlülükləri ilə digər insanlardan seçilirlər. Nə üçün? Çünki müsbətfikirli və emosiyalı insanlar güclü immun sisteminə, sağlam ürək və ağ ciyərlərə malik olurlar. Dünyagörüşünü dəyişmək istəyirsənsə, onda aşağıda yazılanları diqqətlə oxu: Narahatlıqları bir vərəqə yaz. Bu yolla sən narahatlıqlardan birdəfəlik canını qurtarmış olacaqsan və əhval-ruhiyyən qalxacaq. Bunu ABŞ-dakı Stres və Müayinə Mərkəzinin aparıcı-tədqiqatçıları deyirlər. Özünlə mübahisə et. Kiməsə səni axmaq və ya heç nəyə qadir olmayan adlandırmağa imkan vermisən? Yəqin ki, yox. Odur ki, nə olur-olsun daim daxili aləminlə mübarizə aparmağa çalış. Bütün hərəkətlərini və fikirlərini yüz ölçüb-bir biç. Onda stres və depressiyaya da düşməyəcəksən. Xeyirxah ol. Bəli, başqalarına kömək etmək əhval-ruhiyyəni qaldıracaq. Sual yarana bilər ki, bəs nə qədər yaxşılıq etmək lazımdır? Araşdırmalar göstərib ki, gün ərzində etdiyin beş yaxşılıq - böyük və ya kiçik, maddi və ya mənəvi, fərqi yoxdur - özünü sağlam və xoşbəxt hiss etməyə zəmanət yaradır. AYSEL |