| |
Geri |
|
| |
 |
Qadın: "Tava kababı"
31.01.2008 23:57:42
Tava kababı |
|
| |
Çəkilmiş mal əti 500 gr Baş soğan 200 gr Kartof 5-6 dənə Duz, istiot Limon turşusu ya abqora Sarıkök Yağ
Qiyməni hazırlayın (ətlə soğanın nisbəti 1:2 olmalıdır), girdə kotlet qızardın və bir tavanın içinə yığın. Kartofu təmizləyib eninə 3-4 mm bölün. Kartofu bir-bir ayrıca qızardın, üstünə duz tökərək. Kartof hazır olan kimi yığın kotletlərin yanına. Əğər qızartmadan yağ qalıbsa tökün kotletlərin üstünə. 1 ç.q. sarıkök, 1 ç.q. limon turşusu, ½ ç.q. duz qarışdırıb bir stəkan qaynar su tökün. Bu qatışığı tavadakı kotlet və kartofu üstünə töküb, orta odun üstünə qoyun, qapağı bağlayıb 1-1,5 saat suyu çəkilənədək bişirin. Qarışdırmayın, vaxtaşırı suyunu yoxlayın. Qapağı açarkən xörəkdən, qeyrı bir adi ətir hiss olunur. Qabaqlar limon turşusunun yerinə abqoradan istifadə olunurdu. Çünki limon turşusundan o daha xeyirlidir.
Nuş olsun!
|
| |
|
|
|
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|