| |
Xəmir Un 1 yumurta Su Duz
Şorba Xırda hissələrə bölünmüş qoyun əti 500 gr. Baş soğan 2 Noxud Duz İstiot Tomat pastası – 1 ç.q. Sirkə Sarımsaq
Xəngəli əvvəldən hazırlamaq olar. Xəmir düşbərə kimi hazırlanır və eləcədə kəsilir. Kvadratlar taxtanın üstünə yığılır və qurudulur. Sonra onları elastik və ya şüşəli qaba yığıb, ağzını bərk bağlamaq lazımdır. Noxud axşamdan soyuq suda isladılır və səhər yarımçıq bişirilir. Ət balaca hissələrə kəsilir, yuyulur, qazana qoyulub üstünə su tökülür, bir baş soğan salınır. Köpik yığılır. Ət bişəndən sonra başqa bir təmiz qazan gətirilir, ətin suyu süzgəcdən oraya süzülür. Ət də bu qazana qoyulur. Noxud əlavə olunur, sonra tomat pastası və 4 ovuc xingal. Xəngəl bişənədək bir baş soğan təmizləyin, xırdalayın və qızılı qızardın. Şorbanı boşqaba töküb qızarılmış soğani əlavə edin və üstünə nanə tökün. Süfrəyə sirkənin içində xırdalanmış sarımsaqla verilir.
Nuş Olsun!
Ülkər Şahinqızı
|