| |
Qoyunun içalatından – qara ciyər, ağ ciyər, böyrək, ürək Varsa bağırsaq Kartof İstəyirsinizsə pomidor Duz, istiot Yağ ya da ki quyruq
Bu xörək qoyunun içalatından – qara ciyər, ağ ciyər, böyrək, ürəkdən hazırlanır. Bağırsağdan da istifadə etmək olar. Orta həcmdə içalat doğranılır və yağda (quyruq da əlavə etmək olar) qızardılır. Ayrıca soğan və kartof qızardılır. Sonra bunlar qarışdırılıb bir yerdə qızardılır. Cız-bıza bütöv bişmiş pomidor da əlavə etmək olar, kartof isə uzunsov doğranılıb qızardılmış süfrəyə verilə bilər. Cız-bız süfrəyə şoraba, göyərti və qırmızı soğanla verilir.
Nuş olsun!
|