Elçibəyin səsi !.. Axtar: 
   • Bu gün Uşaqların Müdafiəsi Günüdür    • AŞPA-da Azərbaycanla bağlı qalmaqal    • Türkmənistanda prezidentlik müddəti artırılır    • Qənimət Zahid 17 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb    • Tarkan Yaşıl Teatrda konsert verdi    • Tornado ABŞ-da bir neçə şəhərə ciddi ziyan vurub    • Ordumuzun mövqeləri atəşə tutulub    • Ordumuzun əsgəri qətlə yetirilib    • AB qeyri-leqal miqrantlara qarşı    • Məzun günü təşkml ediləcək
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas Səhifə|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino|Səhiyyə|Qadın|Video|Yazarlar
 
   Geri
Yazı Ölçüsü: 
  Vüsalə ÇİNGİZ
Vüsalə ÇİNGİZ
Xəyanət etmək asan iş deyil
11.02.2008
Bunun üçün yaxşı yalan danışmaq qabiliyyəti, yaddaş və utanmayan sifət lazımdır.
  Saytımızın qadın bölməsi üçün yazılar hazırlayarkən həmişə qadınlara ərlərini əlllərində saxlamaq üçün psixoloqların verdikləri məsləhətləri yazırdım. Amma xəyanət qanında olan bir kişi üçün bəlkə də psixoloqların verdikləri məsləhətlər də yetərsizdir. Xəyanətə bir az geniş anlamda baxsaq onun iki növü var. Bir gecəlik xəyanətlər və bir ömür sürən xəyanət.
Ömürlük xəyanət dedikdə mən kişinin qanuni həyat yoldaşından başqa qeyri-qanuni ailə həyatı yaşamasını nəzərdə tuturam. Bu xəyanətin ən acınacaqlısıdır və onu deyim ki, bu halda günah xəyanət edəndə yox qarşı tərəfdə olur. Çünki evdəki qadın ərinə onun istədiklərinin yarısını belə verə bilmir ki, kişi də istədiklərini başqasında axtarmaq məcburiyərində qalır. Gəlin baxaq. Qızlar sevgili və ya nişanlılıq dövrlərində görüşə getdikləri vaxt özlərinə necə diqqət edirlər. Evləndikdən sonra isə bunların hamısı bitir və başlayır yeni bir dövr. Saçlar qarışıq, səliqəsiz ev paltarları və ən əsası kökəlmə prosesi. Çünki bizim xanımlar yeməklərinə sərhəd qoya bilmirlər. Qısası olurlar primitiv evdar qadın. Evləndikdən sonra elə bil arxayınlaşma baş verir xanımlarımızda. Sanki, yaxşı da olsam, pis də olsam artıq mənimdir fikirləşirlər. Ola bilər ki, müəyyən şeylərə görə ailə həyatınız davam etsin. Bəs xəyanət? Onu heç düşünürsünüz? Ona görə də həyatınızda dəyişikliklər etməyi bacarın. Monoton həyat tərzindən hamı sıxılır, xüsusilə də kişilər. Bəzən xarici görünüşünüzdə də dəyişiklik edin. Təbii ki, müsbətə doğru. Sonra qaş düzəldirəm deyib vurub gözünüzü çıxartmayın. Mən bayaqdan kişilərin xəyanətindən danışıram. Dövrümüzdə xəyanət edənlər təkcə kişilər deyil. Çox təəssüflər olsun ki, qadınlar arasında da xəyanət edənlər var. Onlar da təbii ki, ərlərində tapa bilmədikləri nəvazişi, qayğını, diqqəti başqalarında axtarırlar. Əvvəldə yazdığım səhvin kimdə olmağı məsələsi o demək deyil ki, mən xəyanət edənlərin tərəfindəyəm. Əsla. Xəyanət hər şeydən qabaq insanın öz-özünə olan hörmətsizliyidir. Bəzən fikirləşirəm ki, hər kəsin etdiyi hər şeyə görə bir səbəbi var. Təbii ki, xəyanətkarların da özlərinə görə səbəbləri var. Ancaq həyatda elə şeylər var ki, insanın əlində nə qədər doğru və böyük səbəbi olursa olsun etdiyi hərəkəti doğrulaya bilməz. Yəni evdəki ər nə qədər diqqətsiz və ya qadın nə qədər səliqəsiz olsa da heç kimin qarşısındakı insanın mənliyini tapdalayaraq ona xəyanət etməyə haqqı yoxdur.
Xəyanətin iki növü var demişdim. Və birinci yazdığım xəyanəti ən pisi hesab edirdim. Ancaq bir gecəlik xəyanətlər bəlkə də ən baxışlanılmazıdır. Çünki, o biri xəyanət üçün bəlkə də nələrsə deyib özünü bir az olsa haqqlı çıxara bilərsən ancaq bu xəyanətdə dilə gətiriləcək bir səbəb ola bilməz.
Amma siz bu xəyanət məsələsinə barmaqrası yanaşıb elə bilməyin ki, xəyanət etmək asan işdir. Xeyr. Əslində xəyanət etmək də çətin bir şeydir. Çünki ilk öncə xəyanət edən insan super səviyyədə yaradıcı yalan danışmaq qabiliyəti olmalıdır ki, bu da hamı da olmur. Yəni elə təmiz insanlar var ki, həyatlarında bir yalan danışırlar onu da türklərin sözü olmasın əllərinə üzlərinə bulaşdırırlar. İkinci əsas qanunlardan biri. Yaxşı yaddaşa sahib olmalıdır. Çünki danışdığın yalanların hamısını bircə-bircə yadında saxlamalısan ki, hətta gecə yuxuda belə harda olduğunu soruşsalar danışdığın yalanı unutmayasan. Və ən əsası. Xəyanət edən insanlarda utanmayan sifət olmalıdır. O sifət olmalıdır ki, övladları atam və ya anam deyim üstünə gəlib onu qucaqlayanda utanmasın. Düşünməsin ki, bir az qabaq bu əllərlə necə bir insana toxunurdum, indi isə tər-təmiz uşaqlarıma toxunuram. Sifət olmalıdır ki, həyat yoldaşının onun üçün keçmişdə və indi etdiklərindən utanmasın. Düşünməsin ki, qarşımdakı insan hər şeydən qabaq mənimlə bir süfrə arxasında oturan bir insandır.
Bəli, bəlkə də həyatınız yolunda getmir, həyat yoldaşınız sizin istədiyiniz kimi deyil. Ancaq unutmayın ki, həyatda heç kəs xəyanətə layiq deyil. Ailənizdə hər hansı problem varsa, və ya qarşı tərəf sizin ondan gözlədiyiniz nəyisə etmirsə ən azından danışıb problemi həll edə bilərsiniz. Yox əgər bütün etdiklərinizə baxmayaq sizdə heç nə alınmırsa o zaman həyat yoldaşınızla hər şeyi bitirin. Ondan sonra istədiyinizi etməkdə azadsınız.
 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Yazarın digər yazıları
 » Millət necə tarac olur, olsun...
 » Kişi ilə qadın bərabər hüquqludur
 » Uşaq gördüyünü götürər
 » Şər deməsən xeyir gəlməz!
 » Bizim toyda...
 » Dəyəri itirdikdən sonra anlayırıq
 » Psixoloq yoxsa dəli həkimi?
 » Qadın böyük qüvvədir
 » Oğru elə bağırdı ki...
 » Səbəbkar özümüzük...
 
  XƏBƏRLƏR
  Ordumuzun əsgəri qətlə yetirilib
Sərhəd Qoşunlarının əsgəri qətlə yetirilib. Nazim Abbas...
23.05.2008 12:26:34
 
   Goranboyda atışma gedir  
   Q.Paşayeva seçkiləri müşahidə edib  
   Semnebi Azərbaycana səfər edəcək  
   ABŞ Prezidenti Buş üzr istədi  
   İ.Əliyev Ərdoğanla görüşəcəklər  
   AP“erməni soyqırımı”nı rədd etdi  
   Güney Azərbaycan ayağa qalxıb  
   28 May qeyri-iş günüdür  
   Türkiyə hərbiçiləri ölkəmizdə  
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən özündən gedir  
   SORĞU
Qarabağ münaqişəsinin həllində hansı ölkə həlledici rol oynaya bilər?
 
Rusiya
ABŞ
Fransa
Türkiyə
Azərbaycan
Ermənistan
Nəticələr
Bütün Sorğular
 Qalereya
Maraqlı və inanılmaz rəsmlər
Sonrakı >
< Əvvəlki
Maraqlı və inanılmaz rəsmlər
Maraqlı və inanılmaz rəsmlər
Əsas Səhifə | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Reklam | Əlaqə

Elçibəyin səsi !..

Copyright © 2006-2008 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.