| |
Vətən məhəbbəti,vətən sevgisi isə ən ülvi bir insani hissdir.Sevgilini sevməyin müddəti ömür qədərdir.Vətənə məhəbbətin müddəti isə ömürdən o tərəfə keçir.Ço x qəribədir ki,sevdiyin şəxsdə başqasının gözü olursa,bunu qəbul edə bilmirsən,ona düşmən kəsilirsən. Başqasının Vətəni sevməsinə isə nəinki pis baxırsan,əksinə sevinirsən.Çünki Vətən təkcə sənin deyil, səndən savayı milyon-milyon yurddaşının doğma evi,doğma ocağıdır. Mənim doğma Vətənim müstəqil və suveren Azərbaycan Respublikasıdır. Bu gün mən “müstəqil” və “suveren” sözlərini böyük qürur və iftixar hissi ilə deyirəm. Çünki, əsrlərlə köləlikdə, imperiya əsarətində qalmış dövlətim, nəhayyət ki, öz azadlıq və istiqlalına qovuşmuş, müstəqil və suveren bir dövlətə çevrilmişdir.Bu gün bizim hər birimiz qarşısında çox məsul vəzifə,çox mühüm bir yol durur.Bu yol müstəqil Azərbaycanın gələcəyinin yoludur.Bu yolu qurmaq,onu inkişaf etdirmək bizim hər birimizin müqəddəs borcudur.Doğma Azərbaycanımızın müstəqilliyinə təcavüz etmək istəyən qüvvələr çoxdur.Bu Şər qüvvələrə qarşı mübarizə aparmaq,yurdumuzun müstəqilliyini qorumağa,daha da inkişaf etdirmək isə bizim vəzifəmiz,vətəndaşlıq borcumuzdur. Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsində mərhum Əbülfəz Elçibəy və Heydər Əliyevin rolu böyükdür. Bu günki sabitliyin,quruculuq işlərinin, demokratiya sahəsində əldə olunan nailiyyətlərin hamısı məhz böyük mərhum ruh yüksəkliyi Vətəni ilə yadda qalan qurultay göstərdi ki, bu gün hər hansı bir ölkədə yaşamasından asılı olmayaraq, ürəyi vətən eşqi ilə döyünən hər bir azərbaycanlı dövlət müstəqilliyimizi qorumağı və möhkəmləndirməyi özünə borc saymalı, kənarda bu diyarı şərəflə təmsil etməlidir. Qurultay onu da qeyd etdi ki, müstəqil Azərbaycan dövləti xaricdəki yaşayan soydaşlarımızın hüquq və milli-mənəvi azadlıqların həmişə qoruyacaq və onları dəstəkləyəcəkdir.
Bəhruz HACI NAĞI
|