Elçibəyin səsi !.. Axtar: 
   • Bu gün Uşaqların Müdafiəsi Günüdür    • AŞPA-da Azərbaycanla bağlı qalmaqal    • Türkmənistanda prezidentlik müddəti artırılır    • Qənimət Zahid 17 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb    • Tarkan Yaşıl Teatrda konsert verdi    • Tornado ABŞ-da bir neçə şəhərə ciddi ziyan vurub    • Ordumuzun mövqeləri atəşə tutulub    • Ordumuzun əsgəri qətlə yetirilib    • AB qeyri-leqal miqrantlara qarşı    • Məzun günü təşkml ediləcək
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas Səhifə|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino|Səhiyyə|Qadın|Video|Yazarlar
 
   Geri
Yazı Ölçüsü: 
  Vüsalə ÇİNGİZ
Vüsalə ÇİNGİZ
Təhsil hamı üçün vacibdir!
20.01.2008
Olan yerdə təbii ki...
  Bu gün sizinlə təhsilimizdən və onda olan qüsurlardan danışacağıq. Əslində bu kimi mövzular çox yazılır çox müzakirə edilir. Lakin nədənsə bəhrəsini görmək hələlik heç kəsə nəsib olmayıb.
Əslində indi ailələrin əksəriyyətinin məktəblə ümumilikdə götürsük təhsillə bir başa əlaqələri var. Övladı şagird olan ailələr çoxdur. Onların sayı nə qədər çoxdursa, inanın problemləri də o qədər çoxdur. Problemləri deməyə hardan başlayım heç özüm də bilmirəm. Elə ilk öncə deyək dərslərin keyfiyyətini. Uşaqları hələ ibtidai təhsil alarkən valideynlər məcbur olurlar ki, onaları əlavə dərsə saxlasınlar. Sual olunar nəyə görə. İbtadai təhsildə elə çətin nə var ki, o 45 dəqiqəyə sığmır. Düşünəcəksiz valideyn evdə uşağı ilə məşğul olmur ona görə əlavəyə saxlayır. İnanın ki, belə deyil. İlk öncə müəllimlər dərsə məsuliyyətsiz yanaşır, sonrası isə burda da təbii ki, Azərbaycanın həll olunmaz dərdi rüşvətxorluq var. Dərsdən sonra əlavəyə dayanan şagirdlə, dayanmayan şagirdin rüb sonunda qiyməti çox təəssüf ki, eyni olmur. Valideyn də məcbur olur həm özünü rahatlığı həm də qulaq dincliyi üçün uşağını əlavəyə saxlasın.
Bu dərslərdəki keyfiyyət. İndi də keçək il ərzində olan bayramların məktəbə təsirinə. Sentyabrda dərslər başlayır üstündən heç bir ay keçməmiş gəlir “Müəllimlər Günü”. Bunun olmağı təqdirəlayiq bir haldır. Təbii ki, müəllimlərimiz bizim baş tacımızdır. Bu bayram sırf onların olduğundan müəllimə hədiyyə almaq məncə tam yerinə düşür. Amma ondan sonra “Yeni İl” bayramında müəllimə niyə hədiyyə alınır mən hələ də onu başa düşə bilməmişəm. “Yeni il” elə “Novruz” da ümumi bayramdı və həmin bayramlarda kiməsə hədiyyə almaq heç kəs üçün məcburi deyil. Ancaq indi bu məsələ Bakı məktəblərində məcburi hal alıb. Elə götürək “Ümumdünya Qadınlar Bayramı” olan “8 Martı”. Ağzımızda “Ümumdünya Qadınlar Bayramı” deyirik. Həmin bayramda hansısa müəllimin hər hansı bir valideynə və yaxud uzağa getməyək elə şagirdi qızlara hədiyyə verdiyinin şahidi olmamışam. Bəs niyə “8 Mart”dan bir ay qabaq bütün valideynlər əl-ayağa düşüb pul yığıb müəllimə nə hədiyyə alacaqlarından danışırlar? Əslində onları da qınamıram. Sanmıram ki, kimsə o işi könüllü olaraq edə. Sadəcə məcburiyyət. Çünki valideyn bilir ki, bu gün o pul verməsə sabah rübdə də onun yaxşı oxusa belə uşağına qiymət verilməyəcək. Bizim qohumlardan birinin oğlu və qızı eyni məktəbdə təhsil alırdılar. Oğlan heç vaxt müəllim üçün yığılan pulları aparmırdı. Neçə dəfə valideynlərin məcburən pulu məktəbə göndərdiyini oğlanın isə geri qaytardığını görmüşəm. Oğlanın sinif rəhbəri qızın ingilis dili müəlliməsi idi. Oğlana qiymət yazmamaqla bərabər qızın da qiymətini həmişə kəsirdi. Yəni mənim eşitdiyim və belə deyim ki, inandığım qədəri ilə. Bəlkə desəm bir çoxları inanmaz amma sinif rəhbərləri özləri valideynlərdən birinə zəng edib “Qarşıdan “filan” bayram gəlir müəllimlərə hədiyyə almaq lazımdır” deyirlər artıq. Elə ona görə də “8 Mart” məsələsində valideynləri günahlandırmaq olmaz. Utanma deyilən bir hiss var. Müəllim özü zəng edib “Yeni İl”də hədiyyə tələb edirsə artıq “8 Mart”da onu zəngini gözləmək lazım deyil. Yadımdadı məktəb vaxtı bizdə də çox olmasa da mənə ““8 Mart”də bir kitab da olsa alıb gəlib məni təbrik etmədiniz” deyən sinif rəhbərimiz olub. (Sinif nümayəndəsi olmam səbəbilə həmişə bu kimi halların bəlası mənim başımda çatlayırdı)
Qeyri ixtisas müəllimlərinin dərs deməyindən də heç danışmağa dəyməz amma bir iki kəlmə bu mövzuya aid də nəsə demək lazımdır. “Əmək” ixtisasından dəsr deyən müəllimlərin bir müddət sonra İbtidai sinif müəlliməsi olmasından deyim yoxsa rus dili dərslərinin sayı azaldıldığından tarix, ədəbiyyat və sair kimi rus dili ilə heç bir aidiyyatı olmayan fənnlərsən dərs deyən müəllimlərdən. Əslinə baxsaq heç birindən danışmağa dəyməz dediyim kimi. Çünki hamı bilir ki, qeyri ixtisas müəllimlərinin dedikləri dərs hansı keyfiyyətdədir. 2007-ci ildə “Təlsil Nazirliyi” bu işə bir əncam çəkəciyini və müəllimlərinin hamısının atestasiyadan keçəcəklərini vurğuladı. Lakin çox təəssüf ki, bu iş hələ də sözdə olaraq qalıb. Qəbul imtahanlarında fənlərin sayı getdikcə artırılır. Məntiqlə düşündükdə bu yaxşıdır. Çünki uşaqlar dərslərini məktəb vaxtı öyrənərlər sonra 10-11-ci siniflərdə müəllimlərə qucaq dolusu pul tökməyə dəyməz. Amma hələ də bu bizim şagirdlərə çatmır. Belə görürəm ki, ixtisas qruplarında hətta 8 fənn olsa belə onlar əlavəyə getməyə davam edəcəklər. (Artıq ona necə vaxt ayırıb çatdıra biləcəklərsə.)
Elə bayaqdan müəllimlərin aldığı rüşvətdən danışırıq bir az da verdiyi rüşvətdən danışaq. Bu mövzuya keçməmişdən qabaq isə onu deyim ki, Allaha şükür olsun ki, yuxarıda dediklərim bütün müəllimlərə aid deyil və hələ də müəllimlik ləyaqətini, şərəfini qoruyub saxlayanlar var. Amma neynəmək olar ki, “meşə çaqqalsız olmaz”. Keçək bu biri məsələyə. Müdirlərin içində isə yəqin ki, müdirlik ləyaqətini saxlayan yoxdu. Nə yalan deyim bu yaşıma gəlmişəm hələ rüşvət yeməyən müdir görməmişəm. Söhbət məktəb müdirindən gedir. Bu haqda geniş yazmayacam. Artıq hamınızın əla bildiyiniz məsələlərlə başınızı ağrıtmayım. Sonda isə bir şey danışım. Bu yaxınlarda Sumqayıt məktəblərində müəllimləri imatahan etdilər. İmtahanlar demək olar bütün fənlər üzrə aparıldı. Bəlkə də bu müsbət haldı. Hansı müəllimin nə səviyyədə olduğu üzə çıxır. Həm də deyilənə görə gələn dərs ilində dərs saatları bölgüsündə o nəticələr nəzərə alınacaq. Lakin qaranlıq qalan bir nüans var. Müəllimlər cavab kartlarını nədənsə əvvəldən verilən göstərişə əsasən ruçka (rus dilində ifadə işlətdiyimə görə üzr istəyirəm amma bu yerdə vacib idi) ilə yox qələmlə yazmalı olublar. Bəli qələmlə. İstənilən bir şəxsin pozanla poza biləcəyi bir qələmlə.

Vüsalə ÇİNGİZ

 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Yazarın digər yazıları
 » Millət necə tarac olur, olsun...
 » Kişi ilə qadın bərabər hüquqludur
 » Xəyanət etmək asan iş deyil
 » Uşaq gördüyünü götürər
 » Şər deməsən xeyir gəlməz!
 » Bizim toyda...
 » Dəyəri itirdikdən sonra anlayırıq
 » Psixoloq yoxsa dəli həkimi?
 » Qadın böyük qüvvədir
 » Oğru elə bağırdı ki...
 
  XƏBƏRLƏR
  Ordumuzun əsgəri qətlə yetirilib
Sərhəd Qoşunlarının əsgəri qətlə yetirilib. Nazim Abbas...
23.05.2008 12:26:34
 
   Goranboyda atışma gedir  
   Q.Paşayeva seçkiləri müşahidə edib  
   Semnebi Azərbaycana səfər edəcək  
   ABŞ Prezidenti Buş üzr istədi  
   İ.Əliyev Ərdoğanla görüşəcəklər  
   AP“erməni soyqırımı”nı rədd etdi  
   Güney Azərbaycan ayağa qalxıb  
   28 May qeyri-iş günüdür  
   Türkiyə hərbiçiləri ölkəmizdə  
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən özündən gedir  
   SORĞU
Qarabağ münaqişəsinin həllində hansı ölkə həlledici rol oynaya bilər?
 
Rusiya
ABŞ
Fransa
Türkiyə
Azərbaycan
Ermənistan
Nəticələr
Bütün Sorğular
 Qalereya
Maraqlı və inanılmaz rəsmlər
Sonrakı >
< Əvvəlki
Maraqlı və inanılmaz rəsmlər
Maraqlı və inanılmaz rəsmlər
Əsas Səhifə | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Reklam | Əlaqə

Elçibəyin səsi !..

Copyright © 2006-2008 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.