Elçibəyin səsi !.. Axtar: 
   • Bu gün Uşaqların Müdafiəsi Günüdür    • AŞPA-da Azərbaycanla bağlı qalmaqal    • Türkmənistanda prezidentlik müddəti artırılır    • Qənimət Zahid 17 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb    • Tarkan Yaşıl Teatrda konsert verdi    • Tornado ABŞ-da bir neçə şəhərə ciddi ziyan vurub    • Ordumuzun mövqeləri atəşə tutulub    • Ordumuzun əsgəri qətlə yetirilib    • AB qeyri-leqal miqrantlara qarşı    • Məzun günü təşkml ediləcək
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas Səhifə|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino|Səhiyyə|Qadın|Video|Yazarlar
 
   Geri
Yazı Ölçüsü: 
  Vüsalə ÇİNGİZ
Vüsalə ÇİNGİZ
Şər deməsən xeyir gəlməz!
07.02.2008
Azərbaycanın yeni yas adətləri
  Toy haqqında məqalə yazdığım zaman düşümdük ki, bu mövzunu işləyib, Azərbaycanın yeni yas adətlərindən yazmasam olmaz. Necə deyərlər “şər deməsən xeyir gəlməz”.
Son zamanlarda adət-ənənələrimizi dəyişəkmək lazımdı deyə-deyə yas adətlərimizi dəyişdik. Yasa getdiyimiz zaman stolun üstündəkilərə baxanda bilmirsən yasa gəlmisən yoxsa toya. Maşallah stolun üstünə düzülməyən naz-nemət qalmır. Elə bil rəhmətliyin ölümünü çoxdan gözləyirmişlər, indi də ölməyinin şərəfinə gələnlərə qonaqlıq verirlər. Xeyirlə şər qardaşdır deyirlər. Ancaq onları stol başında da qardaşlaşdırmaq inanın ki, lazım deyil.
Bundan hardasa 5-6 il qabaq yaslarda ölənin adına halva hazırlanardı bir də bildiyimiz yağ-pendir, qənd, çay verilərdi süfrəyə. Gəlin bir də indi baxaq. Süfrədə konfetlər, meyvələr, müxtəlif növ içkilər və sair və ilaxır. Sizcə bunun kimə nə xeyri var axı. Heç kimə təbii ki. Onun əvəzinə yemək-içməyə xərclənən pulları ölənin adına bir yerə sədəqə kimi versəniz daha düzgün qərar olar yəqin ki. Çünki sizin xərclədiyiniz pulların dünyadan köçən yaxınınız üçün heç bir xeyri yoxdur. Bir neçə il bundan öncə gələnlərə verilən yeməklərin bir mənası var idi. Halva ölünün adına bişirilir. Başqa şeylər də gələnlər ac qayıtmasın deyə verilərdi. İndi stolun üstündə olanların isə bir mənası yoxdur. Sadəcə həmişə hər yerdə olduğu kimi göstəriş vəssalam. Toyda olduğu kimi. Hamı gedib sonradan danışsın ki, kim stolun üstünə nə qoymuşdu? Kim yaxınına daha yaxşı yas verdi və sair. Bunların hamısı əslində çox utancverici şeylərdir. Başqa yerlerdə bu kimi göstərişli saxtalıqlara insan göz yuma bilir amma söhbət hüzn günündən getdikdə hər şey dəyişir.
Göstərişlər nəinki yasda, elə yasdan sonra da davam edir. Həyatda ikən anasına, atasına qiymət verməyib onu insandan saymayan oğullar valideyn öldükdən sonra qeyrətə gəlirlər sanki. Qəbirlərdən danışıram. Əvvəllər bir otağı bəlkə də valideyninə dar edən övladlar öldükədən sonra onun üçün qəbirsanlıqda elə geniş bir yer tutub yanını dəmir hasara aldırırlar ki, elə bil bina ucaldacaqlar xatirəsinə. Sağlığında qiymət verin insanlara. Öldükdən sonra nə etsəniz boşdur. Sözün düzünə qalsa onu da heç kəs ölmüş yaxınına görə etmir. Çünki dediyim ki, o da bilir ki, bütün bu etdiklərinin ölüyə heç bir istisi soyuğu yoxdur. Yəni insan övladı burada da yenə özünü düşünür, başqa da heç kimi.
Ancaq artıq bəsdir. Zaman keçdikcə insanlar bir azda ağıllanmaqdan, hər şeyə məntiqlə qərar verməkdənsə bunun tam əksini edirlər. Artıq özünüz üçün yaşamağı öyrənin. Sizin üçün niyə axı vacib olmalıdır ki, hansısa qonşunuz gedib sizin haqqında varlı və ya kasıb desin. O deməklə sizin həyatınız gözəlləşəcək ya əksinə? İnanın ki, heç biri olmayacaq. Həyat kim nə deyirsə desin davam edir. Və siz həyatınızı kiməsə nəyisə sübut etməklə, göstərməklə keçirməyin. Ya da ən azı hər şeyin yerini bilin. Heç olmazsa dünyasını dəyişmişlərə hörmətiniz olsun. İnanın ki, kənardan çox pis görünür. Saxtalıqlar, aktyorluqlar, yalandan qəbir üstlərində ucaldılmış abidələr... pis görünür. Hamı kimin kimə necə davrandığını, necə münasibət göstərdiyini bilir. Və məqaləmi yazmaqda əsas məqsədim. Yığışdırın bu yasa yaraşmayan süfrələrdəki yeyəcəkləri ki, ən azı biləsiniz yasınıza kim yemək üçün gəlir, kim sadəcə rəhmətliyi hörmət qoyduğu üçün.
 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Yazarın digər yazıları
 » Millət necə tarac olur, olsun...
 » Kişi ilə qadın bərabər hüquqludur
 » Xəyanət etmək asan iş deyil
 » Uşaq gördüyünü götürər
 » Bizim toyda...
 » Dəyəri itirdikdən sonra anlayırıq
 » Psixoloq yoxsa dəli həkimi?
 » Qadın böyük qüvvədir
 » Oğru elə bağırdı ki...
 » Səbəbkar özümüzük...
 
  XƏBƏRLƏR
  Ordumuzun əsgəri qətlə yetirilib
Sərhəd Qoşunlarının əsgəri qətlə yetirilib. Nazim Abbas...
23.05.2008 12:26:34
 
   Goranboyda atışma gedir  
   Q.Paşayeva seçkiləri müşahidə edib  
   Semnebi Azərbaycana səfər edəcək  
   ABŞ Prezidenti Buş üzr istədi  
   İ.Əliyev Ərdoğanla görüşəcəklər  
   AP“erməni soyqırımı”nı rədd etdi  
   Güney Azərbaycan ayağa qalxıb  
   28 May qeyri-iş günüdür  
   Türkiyə hərbiçiləri ölkəmizdə  
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən özündən gedir  
   SORĞU
Qarabağ münaqişəsinin həllində hansı ölkə həlledici rol oynaya bilər?
 
Rusiya
ABŞ
Fransa
Türkiyə
Azərbaycan
Ermənistan
Nəticələr
Bütün Sorğular
 Qalereya
Maraqlı və inanılmaz rəsmlər
Sonrakı >
< Əvvəlki
Maraqlı və inanılmaz rəsmlər
Maraqlı və inanılmaz rəsmlər
Əsas Səhifə | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Reklam | Əlaqə

Elçibəyin səsi !..

Copyright © 2006-2008 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.