| |
Geri |
|
| |
 |
| Vüsalə ÇİNGİZ |
|
| Səbəbkar özümüzük... | |
| 25.01.2008 | |
| Nəqliyyat sisteminin bu belə problemli olmasının səbəbkarı dövlət yox, özümüzük. | |
|
| |
Nəqliyyat sistemi ölkənin ana xətlərindən biridir və demək olar ki, problemlemli sahələrdəndir. Hər ölkədə təbii ki, müəyyən vaxt çərçivəsində istənilən sahədə axsamalar yaşanır. Lakin tezliklə həll olunmağı yolunda da bir sıra işlər görülür. Azərbaycanın nəqliyyat sistemində də sözsüz ki, problemlər var. Bakı şəhərində nəqliyyatla bağlı olan probelemlərin ən böyüyü tıxac problemi idi. Bu sahədə dövlət tərəfindən tədbirlər görüldü, körpülər tikildi. Bu layihələr tıxacların xeyli dərəcədə azalmasına səbəb oldu. Digər bir məsələ mikro avtobusların uyğun olmayan yerlərdə saxlaması idi. İndi Bakının bir çox yerlərində polislər bu kimi halların qarşısını almaq üçün çalışırlar və onu deyim ki, işə yarayır. Gördüyünüz kimi dövlət nəqliyyatın sisteminin yolunda getməsi üçün əlində gedəni edir. İndi gündəmdə olan və hamımızın şikayətləndiyimiz problemləri isə özümüz yaradırıq. Bəlkə bu mövzuda bir çoxunuz mənimlə razılaşmayacaqsınız amma bu belədir. Məqaləmi sonuna qədər oxusanız əminəm ki, mənimlə razılaşacaqsınız. Gəlin başlayaq başdan. İlk öncə avtobusa minmək məsləsi. Bəzilərimizin evi dayanacağa çox da yaxın olmadığından özümüzə bir az zəhmət verib dayanacağa qədər getmirik və istədiyimiz yerdə avtobusu saxladırıq. Görürsüz, qanunsuzluğun ilkini dayanacağa getməyən adi vətəndaş, sonrasını da dayanacaqdan kənarda saxlayan avtobus şoferi yaradır. Dayanacaqda dayanan sərnişinlər isə avtobusun üstünə elə gedirlər ki, həmin anda nə gözlərinə böyük nə də kiçik görünür. Bu isə bizim insanlığımıza yaraşmayan bir haldır. Elə düşərkən də bundan fərqli bir şey olmur. Sərnişinlər ağıllarına gələn yerdə avtobusun saxlanılmasını istəyirlər. Şofer “saxlaya bilmərəm” dedikdə isə qulağı eşitməyən söz qalmır. Sanki günahkar bunlar yox, şoferdir. Əvəllər cavanlar avtobusda özlərindən yaşca böyük görəndə qalxıb yer verərdilər. Artıq gənclərimizdə bu mədəniyyət belə qalmayıb. Çox təəssüflə deyim ki, elə bu mədəniyyətsizliyi ən çox qızlarımız edir. İnanın elə zamanlar olur ki, 18 yaşlarındakı qız oturur, qarşısında 60 yaşlarında ağbirçək qadın ayaqüstə gedir. Görəsən bizim insanlığımız, böyüyə kiçiyə hörmətimiz nə vaxt itdi? Görəsən o hərəkti edən gənclərimiz düşünmürlər ki, nə vaxtsa biz də o yaşda olacağıq? Bilmirəm, başa düşmürəm. Ən azından hamımızın evdə valideynimiz, anamız, nənəmiz var. Bir anlıq qarşımızda ayaqüstə gedən qadını özümüzün anası və ya nənəsi kimi görək. Vicdanımız onların elə getməsinə necə razı olar? Bu yaxınlarda rəqfiqəmlə avtobusla gedirdik. Qarşımızda elə biz yaşda bir qız oturmuşdu. Dayanacaqların da birində hamilə bir qadın mindi. İndi bu hadisəni yazdıqda belə əsəbləşirəm. Qız durub yer vermədi. Qadının üzündən ayaq üstə durduğuna görə necə əziyyət çəkdiyi oxunurdu. Qızsa durmadı. Elə hadisələrdə insan hüquqları deməyib.... Nə isə əşi. Biz bu gedişlə hara gedirik heç bilmirəm. Bir dəfə Sumqayıt Bakı marşrutu ilə Bakıya gəlirik. Qabaq yerlərdə oturduğumuzdan, şoferin nə danışdığını eşidirdik. Şoferin yanındakı yerlərdə isə iki gənc oğlan oturub, əllərindəki dəftərdən dərsə getdikləri bilinir. Şofer bunlarla başladı söhbət etməyə. Səhv eşitməmişəmsə Azərbaycan Neft Akademiyası Universitetinin Kimya fakultesini bitirdiyini söylədi. Yol pullarının yığılma vaxtına gələndə şofer “1 nəfər yol pulunu verməyib, pulu göndərin sonra yola davam edəcəm” dedi. Arxadan oğlanlar “necə yəni hamı verib, sür çıxaq gedək, biz tələsirik” kimi atmacalar atmağa başladılar. Sürücü isə yol pulu çatmayınca sürməyəcəyini dedi. Sonradan oğlanlar “sən verməmisən” deyib məsələlərini öz aralarında həll etdilər. Amma açıqca aydın oldu ki, hamısı sürücünü ələ salmaq üçün etdikləri hərəkət idi. Düşünün kim, kimin əlində məzxərə olub. Ali savadlı bir insana hələ universiteti bitirməyən bir-iki nəfər sən pulu düz hesablaya bilmirsən deyir, bu yetməzmiş kimi də ələ salır. Bunlar adi vətəndaşların yaratdıqları utanc verici problemlər. İndi isə keçək şoferlərin özlərinin yaratdıqları problemlərə. Onlar da bir deyil, iki deyil. Elə başlayaq mikro avtobusalarda qoyulan zövqsüz mahnılardan. Şofer özü bəyəndiyi necə deyərlər “bozbaş” mahnını qoyur maqnitafona. Sonra da sərnişinin hünəri var, ona musiqini söndür və ya səsini al desin. Elə həngamə qoparırlar ki, insanı ağzını açdığına peşman edirlər. Bir dəfə marşrutların birİndə qoca bir kişi cavan şoferə musiqinin səsin al dedi, yazıq peşman oldu yəqin. Şofer gözünü yumub, ağzını açdı. Bu el məsəlidir. Amma deyəsən o anda şofer həqiqətən gözünü yummuşdu. Çünki marşrutda o qədər qadın olduğuna əhəmiyyət vermədən söyüşləri yağdırırdı. Sonunda sərnişinlər “bəsdi xanımlar var” deyib susdurdular. “Siqaret çəkmək qadağındır” lövhəsini yəqin ki, çoxumuz oxumuşuq. Bəs öz yazdığına əməl edən şoferi neçə nəfərimiz görmüşük? Avtobus ağzına qədər doluykən sərnişin götürmək üçün saxlayan şoferlər elə bilirsiniz azdır. Yox. O qədər “ay kişi hara saxlayırsan? Üst-üstə gedək?” cümlələrini eşitmişəm ki. Maşınlarını yol kənarında saxlayan avtomobil sahibləri yəqin ki, özlərindən başqa heç kəsi düşünmürlər. Balaca uşaqlar etsə deyərik ki, paxıllıqdı, başqaları yoldan istifadə edə bilməsin deyə ediblər. Onları görəndə çox sevdiyim bir atalar sözü yadıma düşür. “Paxıl eşşək qaya qırağı ilə gedər ki, yıxılım ölüm yiyəmə ziyan dəysin” Maşınları elə saxlayırlar ki, elə bil “heç nə olmaz mənim maşınımı vursalar da olar, təki bu yoldan nə vətəndaşlar nə də maşınlar rahat keçə bilməsin” deyirlər. Mən heç nə deməyim. Bir dəfə “Xalqlar dostluğu” metro stansiyasının ticarət mərkəzinin qarşı tərəfinə açılan çıxışından çıxın və maşınların necə park edildiyinə diqqət yetirin. Yəni yüz dəfə mən dediyimi oxumaqdansa bir dəfə gözünüzlə görün. Axşam insanların işdən çıxan saatında səki ilə gedən maşınlardan nə deyim bəs. Problemlər həddindən artıq çoxdur. Biz jurnalistlərinsə vəzifəsi onları görüb yazmaqdır. Bəlkə bunları edən insanlar haradasa, nə vaxtsa bu yazılarımızı oxuyub insafa gələrlər. Amma sadəcə yazmaqla iş bitmir. Bəlkə elə biz jurnalistlər əl-ələ verib bu problemləri aradan qaldırılmasına müəssər olmalıyıq. Sanki çoxumuz öz hərəkətlərimizi görmürük. Ya da buna o qədər öyrəşmişik ki, hər şeyin yolunda getdiyini düşünürük.
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|