Elçibəyin səsi !.. Axtar: 
   • Bu gün Uşaqların Müdafiəsi Günüdür    • AŞPA-da Azərbaycanla bağlı qalmaqal    • Türkmənistanda prezidentlik müddəti artırılır    • Qənimət Zahid 17 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb    • Tarkan Yaşıl Teatrda konsert verdi    • Tornado ABŞ-da bir neçə şəhərə ciddi ziyan vurub    • Ordumuzun mövqeləri atəşə tutulub    • Ordumuzun əsgəri qətlə yetirilib    • AB qeyri-leqal miqrantlara qarşı    • Məzun günü təşkml ediləcək
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas Səhifə|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino|Səhiyyə|Qadın|Video|Yazarlar
 
   Geri
Yazı Ölçüsü: 
  Günel AZƏRİ
Günel AZƏRİ
Sakit!Serial başlayır...
14.02.2008
Seriallar ya da başqa cür desəm bu günkü cəmiyyətimizin ən əsas mövzusu.
  Gün ərzində kanallarımızda 2 və daha çox serial yayımlanır. Bunların hamısı da demək olar ki xarici seriallardır. Hələ bunların gün ərzində bir dəfə yayımlanması azmış kimi təkrar olaraq da efirə verilir. Bu seriallarin həm mənfi həm də müsbət cəhətləri var. Baxmayaraq ki, müsbət cəhətləri olduqca azdır. Alimlərin araşdırmalarına görə bu seriallar insan beyninə mənfi təsir göstərir və beyni zəiflədir. Çox təəssüflə qeyd etməliyəm ki, bizim bir çox ailələrimizdə ata və analar bu serialları azyaşlı uşaqları ilə birgə seyr edirlər. Saat 22.00-da normal uşağın yatmaq vaxtıdır amma onlar həyacanla oturub “İhlamurlar Altında”, “Aliyə” ya da “Min bir Gecə”ni gözləyirlər. Ən qəribəsi də odur ki, valideyinləri buna səssiz yanaşırlar, hələ seriada olan və izləmədikləri yenilikləri uşaqlarından soruşurlar. İndi bəlkə də Azərbaycanın bir çox ailələrində valideynlə övladın yeganə ortaq mövzusu elə bu seriallardır. Bu isə gələcəyimizə gedən yolun nə qədər uçurumlu olduğunu göstərən əsas amildir. Axı bu gün bu seriala baxan azyaşlı səhər orda gördüklərin etməyə çalışacaq. Türkiyə televiziya kanallarında çox gözəl bir qayda var. Yayımlanan hər bir verilişə və ya seriala yaş həddi qoyulur. Şiddət olan kinolara 7 yaşından aşağı uşaqların baxmasına icazə verilmir. Ya da bəzi kinolara 18 yaşından aşağı yeniyetmələrin baxması qadağandır. Bu qanun bizdə də olsaydı tam yerinə düşərdi. Hal hazırda televiziyada bəlkə də ən çox izlənən elə bu tənqid etdiyim seriallardır. Dərindən fikirləşəndə bu necə də utanılası bir haldır. Axı bu insanların, bu cəmiyyətin daha vacib işləri, daha aktual mövzuları olmalıdır. Daha Maria burdan gəldi Antoni burdan getdi kimi mövzular yox. Bəzi insanlar seriala, ordakı insanlara elə aludə olurlar ki, serial zamanı ev yansa, evi oğru yığıb aparsa xəbərləri olmaz. İnsanlardakı sonsuz serial sevgisi mənə çox qəribə gəlir. Ətrafımdakı insanlarda bunu çox muşahidə etmişəm. Qohumlar bir yerə yığışırlar. Tutaq ki ad gününə. Və inandırım sizi ki, bir birilərini bəlkə də həftələrdir görmürlər ancaq buna baxmayaraq danışdıqları tək mövzu yenə də seriallar olur. Gah Klonun Hadisi gah da Yaprak Dökümünün Leylası. Axı bu nə qədər olar......... İndi yəqin fikirləşəcəksiniz ki, mən bu seriallara pis yanaşıram və onlara baxmıramsa ordakı qəhrəmanların adlarını necə bilirəm. Amma inanın ki, ətrafımda bu söhbətlər o qədər gedir ki, həm bezirəm həm də istər-istəməz əzbərləyirəm. Bəzən mənə çox gülməli gəlir. Bilirsiz nə? Qohum yığıncaqlarında hamı səssiz oturur TV-nin səsi tam açılır. Sükut! Tam olaraq səssiz! Hami ekran başına serial izləməyə. Görürsüz necə də vacib işdi. Serialdı, heç onu qaçırmaq olar? Düz 1 saat bu əzab, kimiləri üçünsə tapılmayan əyləncə davam edir. Bu saat ərzində dünyayla bağlantı kəsilir və serialdakı insanlara aludə başlanır. Bəzən hətta ordakı qəhrəmanlardan özünə həyat obrazı seçən də olur. Axı bu nə qədər düzdü. İnsan özünü kinodakı qəhrəmanla qarşılaşdıra bilər problem yoxdu ancaq hər an düşünməlisən ki o kinonun və ya serialın bir ssenaristi var. Həyatınızın ssenari isə əmin olun ki bütün günü bu serialları izləməklə heç də yaxşı yönə dəyişməyəcək. Əlbəttəki bu serialların içərisində yaxşı tərbiyəvi mesaj verənləri də var. Amma onu kənardan izləsən, daha içinə girib həyatının bir parçası etməsən. Şiddət olan seriallar isə məncə uşaqlara izlədilməməlidir. Burada isə əsas iş valideyinlərə düşür. Övladlarınızın gələcəyi və tərbiyəsi üçün onların nəyi və nə vaxt izlədiklərinə diqqət yetirin. Unutmayaq ki, gələcəyə geden yol bu gündən keçir.

Günel Cəfərova
 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 gelin heqiqeten de problem olan problemlerimize toxunaq
Gunel xanim yazdiginiz movzu ve fikirler ile raziyam amma mueyyen menada. Bele ki evvela insanlarin zovqu muxtelif oldugu ucun siz ictimai ...
 Çap      Dostuna Göndər    
 Yazarın digər yazıları
 » "Kaş ki"
 » "Müqəddəs" Valentin günü
 » Qorxu
 » Qısqanclıq
 
  XƏBƏRLƏR
  Ordumuzun əsgəri qətlə yetirilib
Sərhəd Qoşunlarının əsgəri qətlə yetirilib. Nazim Abbas...
23.05.2008 12:26:34
 
   Goranboyda atışma gedir  
   Q.Paşayeva seçkiləri müşahidə edib  
   Semnebi Azərbaycana səfər edəcək  
   ABŞ Prezidenti Buş üzr istədi  
   İ.Əliyev Ərdoğanla görüşəcəklər  
   AP“erməni soyqırımı”nı rədd etdi  
   Güney Azərbaycan ayağa qalxıb  
   28 May qeyri-iş günüdür  
   Türkiyə hərbiçiləri ölkəmizdə  
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən özündən gedir  
   SORĞU
Qarabağ münaqişəsinin həllində hansı ölkə həlledici rol oynaya bilər?
 
Rusiya
ABŞ
Fransa
Türkiyə
Azərbaycan
Ermənistan
Nəticələr
Bütün Sorğular
 Qalereya
Maraqlı və inanılmaz rəsmlər
Sonrakı >
< Əvvəlki
Maraqlı və inanılmaz rəsmlər
Maraqlı və inanılmaz rəsmlər
Əsas Səhifə | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Reklam | Əlaqə

Elçibəyin səsi !..

Copyright © 2006-2008 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.