| |
Geri |
|
| |
 |
| Günel AZƏRİ |
|
| Qorxu | |
| 14.02.2008 | |
| Qorxu, insanın ümüdsüzlüyündən yaranan bir hissdir | |
|
| |
Qorxular! Dünyada var olan və yaşayan hər bir insanın nədənsə və ya kimdənsə qorxuları olur. Qorxu, insanın gələcəyi bilməmək və gələcəklə bağlı düşüncələrindən yaranan bir hissdir. İnsanlar müxtəlif olduqları kimi qorxuları da müxtəlifdir. Kimində çox gülməli və qəribə, kimində isə çox ciddi və həmin insanın həyatına təsir edən qorxular. Bəzi insanlar pişikdən, itdən, ayıdan, bəziləri qaranlıqdan, bəziləri isə sevdiklərini itirməkdən, kimiləri isə sevməkdən və öyrəşməkdən. Əlbəttə insanın həyatı dəyişdikcə istəkləri, hissləri də dəyişir. Bütün bunlarla bərabər qorxuları da dəyişir zamanla artır ya da azalır. Amma insan fərqində olmadan qorxuları ilə öz həyatına çox böyük təsir göstərir. Paloniyada Lodz qəsəbəsində dondurma paylamaq üçün çıxan maşının sürücüsü və əlavə bir nəfər dondurma götürmək üçün maşının arxasında yerləşən soyuducuya girmişlər. Qəflətən soyuducunun qapısı bağlanmış və onlar içində qalmışlar. Hər ikisi “Artıq burda donacayıq” deyə qorxuya düşürlər. Sürücü “Artıq mənim bədənim donub” deyə o biri dostuna baxar. Və hər ikisi artıq burda donaraq öləcəklərini düşünərək həyatdan ümüdlərini üzürlər. Axşam ordan keçən bir kəndli onların meyidlərini tapir və polisə xəbər verir. Polis insanlara onların donaraq öldüklərini açıqlayır. Ancaq sonradan məlum olur ki, soyuducu heç işləmirmiş. Burdan da göründüyü kimi qorxular insan beyninə və insan həyatına necə də böyük təsir göstərir. Olmayan şeyi bəzən var etməyə yetir. Əgər bu insanlar özlərini bu qədər qorxutmasaydılar, burdan çıxmağa az da olsa ümüdləri və inamları olsaydı hər şey daha da fərqli olardı. Qorxu, həm də insanın ümüdsüzlüyündən və gələcəyə olan inamsızlığından yaranan bir hissdir. Bəzi insanlar sevməkdən çox qorxurlar. Mən belə insanları heç vaxt anlamamışam. Axı niyə? Bu həyatda sevmədən necə yaşamaq olar? Amma bu qorxunun arxasında da başqa bir qorxu yatır. Sevdiyin insanı itirmə qorxusu. Hələ sevməmiş itirməkdən qorxurlar. Atalar yaxşı deyib: “Qorxan gözə çöp düşər.” Həqiqətən də belədir. İnsan nədən qorxursa, o iş həmişə həmin insanın başına gəlir. Əlbəttə sevdiklərimizi itirməkdən hamımız çox qorxuruq. Ancaq həyatımızı da bu mənasız və yersiz qorxu üzərinə qurub, gecə gündüz bunu düşünmək heç də məntiqə uyğun deyil. Bəzən insan nəyi çox düşünür və nədən çox qorxursa psixaloji olaraq o işin olmasına şərait yaradır. İnsan böyüdükcə yaşa dolduqca qorxuları da dəyişir. Məktəb vaxtı ancaq iki almaqdan, yıxılmaqdan qorxurduqsa yaş ötdükcə qorxular da böyüyür. Həyatın çətinliklərindən, insanlığı olmayan insanların pisliklərindən qorxmağa başlayırıq. Bəzi insanlar qəbirsanlıqlardan qorxar. Bu da mənə çox yersiz və gülməli gəlir. Yaxşı bir söz var: “Ölüdən qorxma, diridən qorx.” Həqiqətən də belədir, axı ölü Allah rəhmət eləsin ölüdü ondan sənə nə ziyan gələ bilər ki, qorxursan. Əsas qorxulası insanlığı olmayan insanlardır. Ancaq həyatda elə insanlar var ki, onların həqiqətən də qorxmağına dəyər. Məsələn: Valideyinlərinin qədrini bilməyən, öz körpəsini atan, yalanı adət halına gətirən, qəlbində pislikdən başqa heç nə olmayan və sair. Belə insanların Allahdan, o dünyada verəcəkləri cavabdan, həqqiqətən də qorxmaları lazımdı. Axı bir övlad öz ata anasının üzünə necə ağ ola bilər? Ya da bir ana yenicə doğulmuş körpəsini necə ata bilər? Ağlasığmaz dərəcədə çətin və böyük günahdı. İnsan bu həyatda nə edir, necə edir etsin öz vicdanını təmiz saxlamalıdır. Vicdan təmizliyi insanın sahib olduğu ən dəyərli şeydi. İnsan həmişə öz vicdanının kirlənməsindən qorxmalıdır. Günahlarımız nə qədər az olsa qorxularımız da bir o qədər azalar. Məncə qorxulası şeylərdən biri də, yalandı. Əlbəttə burda söhbət böyük və insan həyatına təsir edən yalanlardan gedir. Baxmayaraq ki, yalanın böyüyü küçiyi olmaz yalan elə yalandır. Məncə qorxular bu həyatda insana əzabdan başqa heç nə vermir. Onsuzda bir şey olacaqsa sen ondan qorxsan da, qorxmasan da o olur. Bunu heç nə ilə dəyişmək mümkün deyil. Sonda isə demək istəyirəm ki, həqiqətən də qorxan gözə çöp düşər. Həyatda yaşayırıqsa deməli hər şey bizlər üçündü həm kədəri həm də sevinci. Hamısını doya doya, qorxusuz yaşamaq isə bizə qalır.
Günel Cəfərova
|
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|