| |
Geri |
|
| |
 |
| Günel AZƏRİ |
|
| Qısqanclıq | |
| 14.02.2008 | |
| Qısqanclıq, başqalarına deyil, özünə zərər gətirən bir hissdir | |
|
| |
Qısqanclıq! İnsan yarandığı gündən onun xasiyyətində olan və tərk edilməsi mümkün olmayan bir duyğu. Ancaq tarixə nəzər salsaq görərik ki, qısqanclıq hissi insanların mağara həyatı keçirdikləri ibtidai icma quruluşu zamanı olmamışdır. İnsanlar tək kəbinlik ailə qruluşuna keçəndə onlarda fərdiyyəçilik hissəri yaranmışdır. Deməli qısqanclıq hissi fərdiyyəçilik psixalogiyasının təzahürüdür. Qısqanclıq heç də yaxşı hiss deyil. Bu hiss bəzi insanlarda çox bəzilərində isə az olur ancaq təəssüf ki hamıda olur. Sadəcə qısqanclıq zamanı özünü idarə edə bilən və bilməyən var. Mənə elə gəlir ki bu hiss oğlanlarda daha çoxdu. Əlbəttə bu normasında olsa problem olmaz amma bəzi oğlanlar bu hissi elə dözülməz hala salırlar ki, adam lap təngə gəlir. Mənim 2 tanışım var. Bir birilərini çox sevirlər ancaq bu necə sevgidi mən hələ də anlamıram. Tutaq ki qızın qohumunun toyudu və qız o toya getməlidir. Elə həmin dəqiqədən söz söhbət başlanır. Oğlan deyir getməyəcəksən! Mən də elə bunu anlamıram. Axı qız toya getsə nə olacaq ki? Senə sevgisi azalacaq ya orda özünə yeni sevgili tapacaq. Necə də gülməli haldır. Axı bir insan başqa birini sevirsə ona inanmalı və güvənməlidir. Güvənmədən, inanmadan necə sevmək olar? Məncə iki insanın arasında olan ən əsas hiss güvəndir. A.Dümanın çox gözəl sözü var: “Qısqanclıq, başqalarına deyil, özünə zərər gətirən duyğudur” Həqiqətən də qısqanclıqla insan ən çox özünə ziyan verir, özünü içdən içə yeyir. Görəsən indi hardadı? Görəsən kiminlədi? Yolla gedəndə başqasına baxdımı? Və daha onlarla belə mənasız suallar. Məncə qısqanclıq insanlarda eqoizmdən əmələ gəlir. Yalnız mənim olmalıdır və yalnız məni sevməlidir! Qısqanclıq insanda olan məğrurluğu və ən əsası mənliyi öldürən bir duyğudur. İnsan sevgilisi olmadan yaşaya bilər ancaq mənliyin itirsə yaşamağının bir mənası yoxdu. Birdə ki əgər qarşındakı insanın sənə qarşı sevgisi azalıbsa təksirkar özünü say ki, onun məhəbbətini qoruyub saxlaya bilməmisən. M.Servantesin deyiminə nəzər salaq: “Qısqanclar həmişə balacanı böyüdən, cırtdanı nəhəngə, gümanı həqiqətə çevirən müşahidə borusu ilə baxırlar.” Həqiqətən də insanın ürəyinə azacıq da olsa qısqanclıq toxumları düşdüsə qarşısındakı insan ona təmiz başqa biri kimi görünməyə başlayır. Qarşındakı insanın hərəkətlərini olduğu kimi yox öz istədiyin kimi görməyə başlayırsan. O nə deyir desin sən yenə də bildiyini və istədiyini düşünürsən. Bununla da həm sevdiyinin həm də özünün həyatını məhv edirsən. Ən əsası isə sevgi itir, güvən yox olur. Əlbəttə normasında olsa bu hiss elə də təhlükəli olub, baş bəlasına çevrilmir. Ancaq bəzən ətrafımda olan sevgililərdən elə mənasız qısqanclıqlar görürəm ki, dəhşətə gəlirəm. Bizim qrupda bir qızla bir oğlan bir birilərini sevirlər ancaq bəzən elə şeylərdə qısqanclıq edirlər ki, məni heyrətə gətirir. Oğlan qıza icazə vermir ki, qız dərs otağında paltosunu çıxartsın. Bu mənə çox gülməli gəlir, həm də səbəbini anlamaqda zorluq çəkirəm. Axı niyə? Bu yersiz hərəkəti nə ilə izah etmək olar? Hələ elə oğlanlar var ki qızı xalası, əmisi, dayısıgilə qoymur. Bu mənasız və yersiz hərəkətin səbəbini hələ də anlamış deyiləm, doğrusu heç anlamaq da istəmirəm. Məncə belə insanlarda qısqancliq xəstəlik halın alıb. Hələ yersiz qısqanclıqdan həyat yoldaşlarına əl qaldıran kişiləri demirəm. Bu hansı hüquqa hansı haqqa sığır axı? Bir qadına əl qaldırmaq heç kişilikdən deyil. Hə birdə əgər sən birini sevirsənsə məncə onu necə var elə qəbul etməlisən. Daha qisqanclığın ucbatından onu dəyişdirib, öz istədiyin çərçivəyə salmamalısan. Sən qarşındakın sevməlisən, beynində yaratdığın modeli yox. Elə bu dünyada da ən çətin işlərdən biri də elə budur. Qarşındakı insanı dəyişdirmədən olduğu kimi qəbul edib sevmək. Bunu hamı bacarmır. Nədənsə hamı kimdəsə nəyisə dəyişdirməyə çalışır. Sonda isə onu demək istəyirəm ki, sevgi dünyada olan ən gözəl, ən ülvi duyğudur. Gəlin onu qısqanclıqla kirlədib məhv etməyək. |
| |
|
| |
|
|
|
| İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
|
|
|
|
|
|
| |
| |
|
|
|
|
|
|
|
|
| |
SORĞU |
|
|
|
|
|
|
|
|