Elçibəyin səsi !.. Axtar: 
   • Bu gün Uşaqların Müdafiəsi Günüdür    • AŞPA-da Azərbaycanla bağlı qalmaqal    • Türkmənistanda prezidentlik müddəti artırılır    • Qənimət Zahid 17 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb    • Tarkan Yaşıl Teatrda konsert verdi    • Tornado ABŞ-da bir neçə şəhərə ciddi ziyan vurub    • Ordumuzun mövqeləri atəşə tutulub    • Ordumuzun əsgəri qətlə yetirilib    • AB qeyri-leqal miqrantlara qarşı    • Məzun günü təşkml ediləcək
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas Səhifə|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino|Səhiyyə|Qadın|Video|Yazarlar
 
   Geri
Yazı Ölçüsü: 
  Vüsalə ÇİNGİZ
Vüsalə ÇİNGİZ
Psixoloq yoxsa dəli həkimi?
31.01.2008
Ruhi problemlərlə psixoloq deyil psixiatr məşğul olur.
  Nədənsə insanlara sənin psixoloqa ehtiyacın var dedikdə həmişə “Nədir mən dəli olmuşam? Sən mənə dəli demək istəyirsən?” və sair kimi cavablar alırıq. Bu gün bu mövzunu açmağımız səbəbi belə həqiqətə uyğun olmayan fikirlərin üstündən bir az da olsa xətt çəkməkdir.
Əslində hər bir insanın müəyyən bir yaşa çatdıqdan sonra psixoloq yanına getməsində yarar var. Bu yayda psixoloq bir tanışımdan “sizin yanınıza ən çox hansı yaşlardakı insanlar gəlir” soruşdum və düzünü desəm aldığım cavab məni bir az təəccübləndirdi. Ən çox psixoloqa gedən sən demə məktəbəqədərki uşaqlar imiş. Məktəbə getmə qorxusu, yeni uşaqlar görmək həyəcanı uşaqlara biz təsəvvürümüzə gətirmədiyimiz qədər təsir edirmiş. Gördüyünüz kimi müəyyən yaş həddi dedikdə mən heç 18 və ya 20 yaşından sonranı nəzərdə tutmuram. Hal-hazırda bir çox ailələrdə uşaqlarla valideynlər arasında bir pərdə qoyulur və uşaq bəzən danışmaq istədiyi mövzunu, soruşmaq istədiyi sualı anasından və ya atasından soruşa bilmir. Elə şeylər var ki, özü ilə yaşıd olan dostları da bilmir. Bu səbəblə də maraqlı olan suallara cavabı çox səhv məkalarda, insanlarda axtarırlar. İlk öncə onu deyim ki, valideynərlə uşaqların arasına sərhəd qoymaq heç də düz bir şey deyil. Çünki hər insanın danışmağa, içindəkiləri söyləməyə ehtiyacı var. İnsan bütün bunları valideyninə deməyə cəsarət etmirsə, danışmaq üçün başqa insanlar seçir. Məsələn dostlar. Elə bəlkə də ən ağıllı seçim dostla danışmaqdır. (Ancaq düşünün övladınızın dost seçimi düz olmayıbsa bu gələcəkdə nə ilə nəticələnə bilər.) Valideynlə uşaq arasında olan məsafə isə illər keçdikcə uçuruma dönür və siz lazımı vaxt gəldikdə onun həyatı, seçimləri, problemləri haqqında heç nə bilmirsiniz. Və vaxt gəlib siz nəyisə bilmək istəyəndə artıq siz istədiyiniz suala da övladınız cavab vermir. Buna görə də övladınızla hələ kiçik yaşlarından dost, sirdaş olmağı bacarın. Yox əgər “mən səhərdən axşama işləyirəm buna heç vaxtım yoxdur” deyirsəniz o zaman sizi asanlıqla bir psixoloq əvəz edə bilər.Ən azı övladınızın doğru əllərdə olduğnu bilərsiniz. Müəyyən yaşa çatdıqda istər oğlan istərsə də qız uşaqlarında artıq həddi buluğa çatmaqla əlaqədar olaraq fiziki bəzi dəyişikliklər olur. Valideyn ona görə uşağına yaxın olmalıdır ki, bu kimi halları hələ olmamışdan qabaq övladına başa salsın. Bu ən mühüm məsələlərdn biridir.
Mən deyəsən əsas mövzumdan yayınıram. Psixoloq əslində heç də hamının düşündüyü kimi dəli həkimi deyil. O bəzən özümüzü pis hiss etdiyimiz zaman asanlıqla söhbət edə biləcəyimiz, düzgün məsləhətlər alacağımız insandır. Düşünəcəksiniz ki, bunun üçün dostlar da var. Bəli dostlar sizi dinləyə bilər, amma psixoloji cəhətdən sizə ən düzgün məsləhətləri verə bilməz. Psixoloq sizə qorxularınıza qalib gəlməyiniz, güvənsizliyinizi yox etməyiniz və sair bu kimi məsələlərdə heç kəsin edə bilməyəcəyi köməyi edə bilər. Bir-birimizə baxdıqda, özümüzü düşündükdə hər şeyin normal olduğunu fərz edirik. Ancaq hər insanın həyatda sağlam addımlar atması, düzgün qərarlar verməsi üçün məsləhətə ehtiyacı olur. Bu məsləhəti isə düzgün olduqda sonra istər psixoloqdan alın, istər valideyninizdən. Heç bir fərqi yoxdur.
Dəli həkimi mövzusuna gəldikdə isə ruhi probelmlərdə, xəstəliklərlə psixoloq yox, psixatr məşğul olur. Lakin təbii ki, psixiatr da dəli həkimi demək doğru olmaz. Çünki Allah heç kəsin başına verməsin dəli insan artıq dəlidir. Onun çarəsi isə zənnimcə yoxdur. Ruhi problemi olmaqsa hələ dəli olmaq demək deyil. Qısası çarəsi olan heç bir xəstəlik səbəbi ilə həkimə getmək heç bir insan üçün utancverici olmamalıdır. Çünki söhbət sağlamlıqdan gedir ki, sağlamlıq da dünyada heç nə ilə müqayisə edilə bilməz.
 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 İrad tutulmamışdır. İlk iradçı olmaq üçün tıklayın!
 Çap      Dostuna Göndər    
 Yazarın digər yazıları
 » Millət necə tarac olur, olsun...
 » Kişi ilə qadın bərabər hüquqludur
 » Xəyanət etmək asan iş deyil
 » Uşaq gördüyünü götürər
 » Şər deməsən xeyir gəlməz!
 » Bizim toyda...
 » Dəyəri itirdikdən sonra anlayırıq
 » Qadın böyük qüvvədir
 » Oğru elə bağırdı ki...
 » Səbəbkar özümüzük...
 
  XƏBƏRLƏR
  Ordumuzun əsgəri qətlə yetirilib
Sərhəd Qoşunlarının əsgəri qətlə yetirilib. Nazim Abbas...
23.05.2008 12:26:34
 
   Goranboyda atışma gedir  
   Q.Paşayeva seçkiləri müşahidə edib  
   Semnebi Azərbaycana səfər edəcək  
   ABŞ Prezidenti Buş üzr istədi  
   İ.Əliyev Ərdoğanla görüşəcəklər  
   AP“erməni soyqırımı”nı rədd etdi  
   Güney Azərbaycan ayağa qalxıb  
   28 May qeyri-iş günüdür  
   Türkiyə hərbiçiləri ölkəmizdə  
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən özündən gedir  
   SORĞU
Qarabağ münaqişəsinin həllində hansı ölkə həlledici rol oynaya bilər?
 
Rusiya
ABŞ
Fransa
Türkiyə
Azərbaycan
Ermənistan
Nəticələr
Bütün Sorğular
 Qalereya
Maraqlı və inanılmaz rəsmlər
Sonrakı >
< Əvvəlki
Maraqlı və inanılmaz rəsmlər
Maraqlı və inanılmaz rəsmlər
Əsas Səhifə | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Reklam | Əlaqə

Elçibəyin səsi !..

Copyright © 2006-2008 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.