Elçibəyin səsi !.. Axtar: 
   • ABŞ İrana hücum edəcək?    • Samboçularımız 3 bürünc medal qazandı    • Gürcüstan prezidenti Abxaziya və Cənubi Osetiya əhalisinə müraciət edib    • Gürcüstanla Rusiya arasındakı gərginlik silahlı qarşıdurma mərhələsinə kecə bilər    • "Soyqırım" iddialı ermənilər latındilliləri qəzəbləndirib    • Milli Məclis AXC-nin yubileyinə hazırlaşır    • Rusiyalı iş adamlarına xəbərdarlıq edilib    • Tibb işçilərinin maaşları 30% artırılacaq    • Cəbhədə mövqelərimiz atəşə tutulub    • ABŞ gəmisi İran gəmisinə atəş açıb
Ana Səhifəm OlsunƏn Bəyənilənlərə Əlavə ƏtRSS
Əsas Səhifə|Gündəlik|Siyasət|İdman|İqtisadiyyat|Dünya|Texnologiya|Yaşam|Mədəniyyət|Təhsil|Kino|Səhiyyə|Qadın|Video|Yazarlar
 
   Geri
Yazı Ölçüsü: 
  Vüsalə ÇİNGİZ
Vüsalə ÇİNGİZ
Millət necə tarac olur, olsun...
27.02.2008
26 fevral-müğənnilərimiz konsert verir
  Jurnalist kimi fəaliyyətimə başlayan gündən demək olar ki, xalqımızın qara günləri haqqında yazmamağa qərar vermişdim. Çünki o günləri yazmaq hər insanın işi deyil. Jurnalist təhqir yox tənqid etməlidir. Bu mövzuları işləyərkən mən içimdən gələnləri yazmasam dayana bilmərəm. Düzdü insan olmayan bir məxluqları təhqir etdin yoxsa tənqid bunun nə fərqi var ki, amma yenə də nə isə.
Bu gün 26 fevral-tariximizə qanla yazılmış, bəzilərinin isə heç xatırlamadığı günlərdən biri.
Bu gün getdiyim yerlərdə elə şeylər gördüm ki, mövzunu işləməsəm ürəyimdə qalardı. İlk öncə onu deyim ki, bəzi insanlar ümumiyyətlə 26 fevralın nə günü olduğunu bilmirlər. Elə ona görə də hara baxırsansa mahnı səslənir, kimə baxırsansa musiqiyə qulaq asır. Radiolarımızda musiqilər əvvəlki qaydasında gedirdi, dəyişən mahnı mövzuları idi. Azərbaycana aid mahnılar. Bu mahnıları müstəqillik günümüzdə də səsləndiririk, soyqırım günümüzdə də. Bu artıq nə deməkdir siz qərar verin, mən çünki heç nə deyə bilmirəm. Kiməsə də “musiqini kəs bu gün Xocalı soyqırımı günüdür” dedikdə “Burada yaxını ölən var həmin gün” sualını verir. Bizim əsl dərdimiz də elə budur. Gərək özümüzün ya da yaxınımızın başına nə isə gəlsin ki, hər hansı bir işə əl ataq. Qısası Mirzə Ələkbər Sabirin dövründə olduğu kimi “Millət necə tarac olur olsun nə işim var” Heç kəsin dərdi heç kəs üçün maraqlı deyil. Bəzi dərdlər olmasa da olar. Çünki, hərənin özünə görə dərdləri var. Lakin bu dərd birimizin, ikimizin ya da təkcə Xocalıların dərdi deyil. Bu dərd Azərbaycan xalqının dərdidir. Ona görə də əl-ələ vermək məcburiyyətindəyik. Çünki atalar demişkən “tək əldən səs çıxmaz”
Keçək ən əsas məsələmizə. Bütün dünyaya soyqırım deyib qışqırmaq istəyirik. Xarici təşkilatların qarşısında əlimizdə plakatlarla nümayiş keçirdirik. (Həmin plakatlar Azərbaycan dilində yazılır. Xarici onun üstünü necə oxuyacaq, onu bilmirəm. Amma bu artıq başqa bir mövzudur) O nümayişlərdən bir-ikisini də öz dövlət orqanlarımızın qarşısında keçirtsək heç də pis olmaz.Çünki hələ heç Azərbaycanın özündə Xocalı soyqırımı tam olaraq tanınmayıb. Həmin gün matəm günü elan edilməyib. Məncə ilk öncə gəlin dövlət və millət olaraq özümüz bu günü qəbul edək, sonra xarici dövlətlərdən və vətəndaşlardan nə isə tələb edərik.
Bu gün axşam jurnalist dostlarımdan biri zəng edib ki, İsraildən bizə xəbər veriblər ki, Azərbaycanın oradakı nümayəndəlikləri Soyqırım günü ilə əlaqədar anım mərasimi keçirdir, müğənnilərimiz isə konsert verirlər. Görəsən hansı günümüz üçün oxunurmuş o mahnılar? Azərbaycanda “mən təkəm”, “mən beləyəm” deyən özünü əjdaha, Tarkanın rəqibi, barbi adlandıran müğənnilərimiz İsraildə konsert verirlər. Özü də 26 fevral günü.

Vüsalə ÇİNGİZ
 
 
 İradlarınızı Yazın      Bütün İradlar    
 rezillik
departasiye elesinler mence...
 Çap      Dostuna Göndər    
 Yazarın digər yazıları
 » Kişi ilə qadın bərabər hüquqludur
 » Xəyanət etmək asan iş deyil
 » Uşaq gördüyünü götürər
 » Şər deməsən xeyir gəlməz!
 » Bizim toyda...
 » Dəyəri itirdikdən sonra anlayırıq
 » Psixoloq yoxsa dəli həkimi?
 » Qadın böyük qüvvədir
 » Oğru elə bağırdı ki...
 » Səbəbkar özümüzük...
 
  XƏBƏRLƏR
  ABŞ İrana hücum edəcək?
Pentaqon İrana hücum planının hazırlanmasına dair göstəriş verib
30.04.2008 11:43:06
 
   PKK mövqeləri bombardman edildi  
   Əsgər intihar edibmiş...  
   Nensi Pelosi yaman təəssüflənib  
   Kəlbəcərin işğalından 15 il keçir  
   Turqut Özalın oğlu həbs edilib  
   Gürcüstan müxalifətinin yeni tələbi  
   Çində terrorun qarşısı alınıb  
   Ermənlər iki soydaşımızı öldürdü  
   Medvedyev Rusiya prezidentidir  
  VİDEO
  Yaşlı qadın ingiliscə öyrənəndə...
  Yaşlı qadın televiziyadan ingiliscə öyrənməyə çalışır
16.02.2008 16:13:52
 
   Elektrik axımı  
   Bir qolunun bazuları var bir qolunun yox  
   Bir valizin hekayəsi  
   Qadın göz qələmini öz gözünə batırdı  
   Su içməyə çalışan fil yıxıldı  
   Körpə anasının qarnında rəqs edir  
   Qız rəqs edərkən özündən gedir  
   SORĞU
Qarabağ münaqişəsinin həllində hansı ölkə həlledici rol oynaya bilər?
 
Rusiya
ABŞ
Fransa
Türkiyə
Azərbaycan
Ermənistan
Nəticələr
Bütün Sorğular
 Qalereya
Garip ve inanılmaz resimler
Sonrakı >
< Əvvəlki
Garip ve inanılmaz resimler
Garip, inanılmaz resimler ve göz yanılmalarından kareler.
Əsas Səhifə | Gündəlik | Siyasət | İdman | İqtisadiyyat | Dünya | Texnologiya | Yaşam | Mədəniyyət | Təhsil | Kino | Səhiyyə | Qadın | Video | Qalereya | Yazarlar | Karikatura | Oyunlar | Üzvlük | RSS | Haqqımızda | Reklam | Əlaqə

Elçibəyin səsi !..

Copyright © 2006-2008 azerxeber.com. Bütün hüquqlar qorunur. İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.